Belarus-Polşa sərhədinə miqrant axını davam edir

11/11/21 10:17

İraqda Belarusiyaya viza almış miqrantların əksəriyyəti Qrodno şəhərinin ərazisindədir.

Minlərlə qaçqın və miqrant Belarusla Aİ ölkələri – Latviya, Litva və Polşa arasında sərhəd bölgələrində toplanıb.

Çətin qalma şəraitinə baxmayaraq, dövlət sərhədi zonasında miqrantların sayı artır.

İraqda Belarusa viza almış miqrantların əksəriyyəti Qrodno şəhərinin ərazisində yerləşir. Avropa ölkələrinə getməyə çalışan insanlar sıfırın altındakı temperaturda çadırlarda gecələyirlər.

Belarus sakinləri miqrantları qida və gigiyena vasitələri ilə dəstəkləməyə davam edir, Qrodno şəhəri isə fasiləsiz olaraq içməli suyun çatdırılmasını təşkil edib.

Miqrantlar arasında yoluxma hallarının artması fonunda Belarus Səhiyyə Nazirliyi bir qrup həkimi sərhədə göndərib.

Bu arada sosial şəbəkələrdə bir qrup suriyalının sərhəddəki qaçqınların çadır düşərgələrindən birinə gəlməsini əks etdirən görüntülər yayılıb.

KİV-in məlumatına görə, sərhəddə vəziyyət ümumilikdə gərgindir, hava şəraiti, su və ərzaq qıtlığı Avropa İttifaqında sığınacaq axtaran insanların həyatı üçün ciddi təhlükə yaradır.

Qaçqın düşərgələrini BMT və digər beynəlxalq təşkilatların nümayəndələri ziyarət ediblər.

Bu arada Polşa Belarusla sərhəddə 15 min hərbi kontingent cəmləşdirib və Rusiya təyyarələri Belarus səmasında uçur.

Transqafqaz.com