Belarusda 300-dən çox tibb işçisi koronavirusa yoluxub…

11/04/20 7:32

Belarusda 301 tibb işçisinin koronavirusa yoluxması laboratoriyada təsdiqlənib.

“RİA Novosti”i xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Vladimir Karanik bildirib.

Qeyd edək ki, Belarusda son sutkada COVID-19-dan 4 nəfər ölüb. Virus qurbanlarının ümumi sayı isə 23-ə çatıb

Transqafqaz.com

Toğrul Lətifoğlu