Belarusiyada müxalifətin təşkil etdiyi və 10 minlərin iştirak etdiyi mitinq baş tutub.. foto,video

31/07/20 12:39

“Vesna” insan haqları hərəkatı xəbər verir ki, Belarusiyada keçirilən prezident seçkilərində müxalifət namizədi Svetlana Tixanovskayanı dəstəkləyən aksiyada 25 mindən çox insan iştirak edib.

Mitinq Banqalor meydanında keçirilib. Mitinq yerli vaxtla 18: 00-da başladı (Moskva vaxtı ilə eyni). “Nexta Live” Telegram kanalı insanların gəlməkdə davam etdiyini bildirir. Tixanovskaya, seçkidə iştirakına icazə verilməyən və bir polis məmuruna müqavimət ittihamı ilə həbs olunan Sergey Tixanovskinin həyat yoldaşıdır.

 

 

Transqafqaz.com

Toğrul Lətifoğlu