Beşinci nəsil yerli təyyarənin ilk hissəsi Türkiyədə istehsal edilib

04/11/21 4:48

2022-ci ilin sonuna qədər 20 min ədəd hərbi təyyarənin hissələrinin istehsalı planlaşdırılır

Türkiyənin Türk Havacılık ve Uzay Sanayii AŞ (TUSAŞ) şirkəti beşinci nəsil yerli təyyarənin prototipinin ilk hissəsini istehsal edib.

TUSAŞ-ın baş direktoru Temel Kotil Twitter-də yazıb ki, hərbi təyyarə layihəsi bütün ölkə üçün strateji əhəmiyyət kəsb edir.

Kotil layihənin bütün iştirakçılarına minnətdarlığını bildirib.

“Anadolu”nun məlumatına görə, müdafiə layihəsi çərçivəsində 2022-ci ilin sonuna qədər 20 min ədəd hərbi təyyarənin hissələrinin istehsalı planlaşdırılır.

Prototipin 2023-cü il martın 18-də anqardan çıxarılması planlaşdırılır, bundan sonra təyyarənin sistemlərinin və mühərrikinin sınaqlarına başlanılacaq.

Təyyarənin ilk uçuşu 2026-cı ilə planlaşdırılıb.

Transqafqaz.com