Beynəlxalq Hüquq gücsüzdür, dünya təhlükəsizlik sistemi işləmir

14/09/21 3:04

“Azərbaycan Qarabağı işğaldan azad etmək üçün 30 il gözlədi”.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu belə açıqlama verib. O bildirib ki, münaqişənin həlli ilə bağlı vasitəçilik edən Minsk üçlüyü problemi danışıqlar yolu aradan qaldıra bilmədi. Diplomat bildirib ki, Azərbaycan 30 ildən sonra torpaqlarını mübarizə yoluyla işğaldan azad edib. “İndi diplomatiya üçün əlverişli şərait yaranıb” deyən Çavuşoğlu bəyan edib ki, Ermənistan bunu yaxşı qiymətləndirməlidir.

Çavuşoğlu qlobal münaqişələrdən də danışıb və bildirib ki, ikinci düyna müharibəsindən sonra qurulan beynəlxalq sistemproblemlərin həllinə cavab vermir. Dünyanın dəyişməyə ehtiyacı var.

Transqafqaz.com