Birləşmiş Ərəb Əmirliyinin Türkiyəyə – sülh jestləri

26/09/21 11:32

BƏƏ və Türkiyə münasibətlərini normallaşdırmağa hazırlaşır.

Transqafqaz.com xəbər verir ki, bu iddia “Bulmberq” agentliyində dərc olunan məqalədə bildirilib.

Mənbənin məlumatına, əmirliyin ən böyük fondu olan Əbu Dabi İnvestisiya Fondu (ADIA) və yeni qurulan ADQ son bir neçə həftə ərzində türk şirkətləri ilə danışıqlar aparıb. Təkcə ADQ-nin Türkiyədə müxtəlif sahələrə 1 milyard dollara qədər investisiya yatırmağı planlaşdırdığı bildirilib.

Aylardır davam edən danışıqların keçən ay Əbu Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl-Nəhyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdən əvvəl başlayıb.

Əbu Dabidə yerləşən “Royal Group”un investisiya şirkəti “Chimera Investments” və “Nerve Holding” kimi fondaların da hər birinin Türkiyəyə 1 milyard dollardan çox sərmayə qoymağa hazırlaşdığı deyilib.

Danışıqlar ilkin mərhələdə olsa da, Suriya və Liviyada üz-üzə gələn iki ölkənin münasibətləri yumşalmağa hazırlaşmasından xəbər verir.

Transqafqaz.com