İrəvan Türk Cumhuriyyəti MIllət Şurasının sədri, Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı ilə gündəmin müzakirəsi
Müsahibədən bəzi sitatları da dəyərli tamaşaçılarımıza təqdim edirik: – “Biz Ermənistan adlı bir dövlət tanımırıq… Bu dövlət Azərbaycan Türklərinin dədə-baba yurdunda qurulduğuna görə, biz həmin ərazilərin tamamına iddialıyıq” – “Gec-tec o ərazilərin gerçək sahibləri orada olacaq, biz o əraziləri geri alacağıq…” – “Ermənilər qonşu dövlətlərə ərazi iddialarından, mövcud ideologiyalarından vaz keçməsə, bu bölgədə qalıb yaşamaq şansları azdır” – “Türk ordusu Gümrüyə girəndə erməni qadınlar, yaşlı insanlar “Xilaskar Türk ordusuna eşq olsun!” şüarı ilə onların qarşısına çıxıblar” – “Ermənistan adlı dövlət Azərbaycan üçün, bu bölgə üçün təhdid ünsürüdür. Bu təhdid aradan qalxmayınca, biz rahat ola bilmərik” – “Azərbaycan Milli Şurasının 1918-cilin 29 mayında İrəvanın Ermənistana verilməsi ilə bağlı sənədinin ləğv edilməsi üçün aidiyyəti orqanlara müraciət etmişik…” – “1920-ci ildə Zəngəzurun verilməsi ilə bağlı İnqilab Komitəsinin qərarının ləğv olunması haqda fəaliyyətimiz var…” – “1947-ci ildə əhalinin rəyi nəzərə alınmadan, Stalinin əmri ilə 150 min Azərbaycan Türkünün o ərazilərdən çıxarılaraq, Kür-Araz ovalığına köçürülməsi prosesi baş vermişdir. SSRİ-nin varisi olan Rusiyaya bu hüquqi sənədlərin ləğvi ilə bağlı müraciət etmişik…” – “Ermənistan SSRİ-nin azərbaycanlıların öz dədə-baba yurdlarından çıxarılması, toponimlərin dəyişdirilməsi, Azərbaycan Türklərinə çoxsaylı basqı ilə bağlı sənədlər də ləğv edilməlidir. 1988-ci ildə Ermənistandan Azərbaycan Türklərinin dövlət səviyyəsində, son nəfərinə qədər çıxarılması ilə bağlı faktlar, canlı şahidlər var, bu məsələdə onların köməyindən istifadə etməyi düşünürük…” – “Ermənilər bu ərazilərə iddialardan vaz keçməsələr, Türkiyə-Ermənistan danışıqları heç bir nəticə verməz” – “Ermənistan konstitusiyası dəyişməsə, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması baş verə bilməz. Ondan başqa, Ağrı Dağı Ermənistanın gerbindən çıxarılmalıdır. Əsas da “erməni soyqırımı” dedikləri yalan ideologiyadan vaz keçməlidirlər” – “Ermənistan həm siyasi, həm iqtisadi cəhətdən perspektivsiz bir dövlətdir. 1918-ci ildə doğru düşünmüşdülər ki, Ermənistan Azərbaycanın tərkbində konfederativ şəkildə, muxtar bir qurum kimi olsun” – “Ermənistan ya Rusiyanın içərisində bir quruma çevriləcək, ya da Azərbaycanın, Türkiyənin içərisində inteqrasiya proseslərini yaşayıb, bir qurum kimi mövcud ola bilər” – “Azərbaycanın müxtəlif rayonlarından olan, eləcə də azərbaycanlı soydaşlarımızın yaşadığı Gürcüstandan, Cənubi Azərbaycandan və digər yerlərdən olan insanlar İrəvan Türk Cümhuriyyətinin vətəndaşlığını qəbul edə bilərlər” – “Erməni kəşfiyyatı hələ də müxtəlif təxribatlar törətmək fəaliyyətini göstərir…” – “Ermənilər Azərbaycan və Türk dillərini bilməkdə çox da əziyyət çəkmirlər…” – “Bəziləri belə hesab edirdi ki, ermənilər 44 günlük müharibədən dərs alacaqlar, amma mən o fikirdə deyiləm…” – “Ermənistanı və erməniləri öyrənmək üçün sistemli bir iş, strategiya olmalıdır…” – “Mənə elə gəlir ki, dünyada yaşayan bütün azərbaycanlılar sərbəst şəkildə Azərbaycan vətəndaşlığı almalıdırlar. Xüsusən də Gürcüstanda yaşayan Azərbaycan Türkləri ilə bağlı özəl bir qanun qəbul olunmalıdır…”