“Biz Həmişə Ayaqdayıq, Millətçilərlə Bir Yerdəyik

30/11/16 2:38
Milliyətçi Demokrat Partiyasının qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri Qələndər Muxtarlı Transqafqaz.com saytına açıqlamasında bu fikirləri söyləyib.
“Milliyətçi Demokrat Partiyasının növbəti qurultayının keçirilməməsi ilə bağlı bildiriəm ki, ümumən Partiyanın fəaliyyətinin dayandırılması kimi bir zərurət təsadüfən yranmamışdı. Bu hətta regionda cərəyan edən ciddi qlobal hadısələr fonunda baş vermişdi. Azərbaycan hakimiyyətinin qəbul etdiyi pereventiv tədbirlərin bir sahəsi idi. Çünki bizim partiyanın yönü, kursu  da Azərbaycanda Avroatlantik məkanına inteqrasiya tərəfdarı olan  siyasi qüvvələrlə bir idi. İlk baxışdan təbii ki biz hakimiyyət üçün o qədərdə ciddi narahatlıq törədəcək qədər sosial baza imkanına malik deyildik. Amma bu yolu tutan siyasi qüvvələrlə bir yerdə olmamız iqtidarda və ona müxalifət adı ilə can-başla qulluq göstərib güzəran tələbatını ödəyən qüvvələrdə ciddi narahatlıq yaradırdı. Cünki hakimiyyət bizim partiyanın taleyini həll etmək üçün xeyli xərc çəkərək vaxtıilə bizim partiyanın bir hissəsini pulla almış,  bu məsələni özləri üçün “bitmiş” hesab edirdilər. Lakin bizim yenidən toparlanmamız, ciddi siyasi təşkilata çevrilməmiz nəinki iqtidarı, hətta hakimiyyətə hərdən “narahat olmayın, onlar bizim nəzarətimizdədi” deyib güzəranlarını yaxşılaşdıran guya sağ təmayül hesab edilən müxalif partiyaları da narahat etməyə başlamışdı. Mən bu narahatlıqları hər gün hiss edirdim. Ana müxalifət hesab edilən kəslər özümə deyirdilər ki, partiyanın daxilində sənə qarşı ciddi problemlər olacaq, mövqeyinə korrektələr elə və sair. Nəhayət, partiyanın 4-cü dəfə dağıtmalarından xeyli vaxt keçir, əslində 3-ci ilə keçilir. Nə dəyişib? “Partiyanı qüvvətləndirəcəyik, daha güclü edəcəyik” deyənlərin fəliyyəti niyə görünmür? Bizim təşkilatın dağılması Azərbaycanın siyasi həyatının gündəm məsələsinə cevrilmişdi. İndi hamı dincəlib! Nəhayət, yuxarıda qeyd etdiyim kimi əsas səbəblər söylənilənlərdən və görünənlərdən daha ciddi idi. İndi partiyanın güya fəaliyyətsizliyindən və ya düz yolda olmamasından yana narahat olanlardan xəbər-ətər belə yoxdu.
Bütün hallarda öz millətinin, öz dövlətinin siyasi həyatında, taleyində iştirak etmək, bu yöndə fəaliyyət göstərmək çox ciddi ləyaqət hadisəsidir, milli təəssübkeşlik nümunəsidir.
 İndi təbii ki, yenidən toparlanmaq, bir daha kimsənin müdaxilə edərək dağıda bilməyəcəyi bir təşkilatı qurmaq kimi iddiada olub qurultay keçirmək ölkədə mövcud olan siyasi şərtlər daxilində olduqca cətindi.
Faktiki olaraq dünyanın bu çağında bizim ölkəmizdə siyasi fəaliyyətlə məşğul olmaq qeyri-mümkün həddədir. Bunun da əsas səbəbi Rusiya İmperyasının bölğədə özünü həyasızlığa qoyması və bu kimi bir sıra qlobal beynəlxalq şərtlərlə əlaqəlidi. Amma hər şey, o cümlədən bizim də siyasi həyatımız qaydasında inkişaf edəcək! Biz Qurultayımızı keçirəcəyək, hec bir kəsin heç bir zaman müdaxilə edə bilməyəcəyi bir təşkilatı qurmaq üçün millətçilər bir yerdədi və davanmlı olaraq görüşürük.