Yasəmən QARAQOYUNLU
Rusiya və Ermənilərin Qərbi Azərbaycanda (İrəvan mahalı) Türklərə qarşı XVIII əsrdən etibarən apardıqları Etnik Təmizləmə və Soyqırım siyasəti 1988-ci ildə başa çatdı. Qərbi Azərbaycan yerli türklərdən təmizləndi və Qərbi Azərbaycanda monoetnik Erməni dövləti quruldu. Azərbaycan-Ermənistan müharibəsində Azərbaycanın məglub olması və 20 faiz torpaqlarının işgalı müvəqqəti olaraq Qərbi Azərbaycan problemi ilə ilgilənməyi “arxa plana” saldı. 1988-ci ildən indiyə kimi keçən dövr ərzində Qərbi Azərbaycanla baglı hökümətin, müxalifətin, toplumun, mediyanın heç bir proqramı, siyasəti formalaşmamışdır, hətta Azərbaycanda daxili siyasi hakimiyyət ugrunda mübarizələrdə və hakimiyyət daxili qruplararası rəqabətlərdə, eyni zamanda müxalifətin müəyyənləşməsində Qərbi azərbaycanlı faktorunun təsiredici rolu və bu rolun zərərsizləşdirilməsi yönümündəki alternativ fəaliyyətlər Qərbi Azərbaycan probleminin müzakirəsinə, problemə milli maraqlar kontekstində konseptual yanaşılmasına mane olmuşdur.
Bilərəkdən hansısa güclər Qərbi azərbaycanlılarla -“gəlmələrlə”, “yerlilərin” daxili mübarizəsini körükləmişdir. Və bütün bunlara baglı olaraq Qərbi Azərbaycan problemindən, onun həlli mexanizmlərinin axtarılmasından, problemin ictimai müzakirəyə çıxarılmasından “qaçılmışdır”. Müəyyən güclər hətta Qərbi Azrbaycanlıların qurduqları təşkilatların dagıdılmasına, onların Qərbi Azərbaycana qayıdış hərəkatlarını bogmaga, fəallarını həbs etməyə, səslərini batırmaga çalışmaqdadır. Qeyd etməliyəm ki, Qərbi Azərbaycandan 1988-ci ildə Ermənistanın apardıgı axırıncı etnik təmizləmə və soyqırımdan sonara Azərbaycana sıgınmış əhalinin 80 faizi dünyasını dəyişmişdir. Bu səksən faiz Ermənistan vətəndaşları idi, Ermənistan pasportu daşıyırdı və məhz bu pasportlar yenidən Qərbi Azərbaycana qayıtmaq üçün hüquqi sənəd idi.
Məhz bu sənədlə Ermənistanın Qərbi Azərbaycan oldugu isbat edilə bilərdi, məhz bu sənədlə Ermənistana ərazi iddiası irəli sürülə bilərdi, Ermənistan beynəlxalq məhkəmələrə verilə bilərdi, Qarabag danışıqlarına təsir edilə bilərdi..və s. Sanki hansısa gizli əllər, güclər gözləyir ki, qaçqın qərbi Azərbaycanlılar tez qırılıb qurtarsın ki, bir daha Ermənistana qayıtmaq söhbəti olmasın, əbədi olaraq bu mövzu qapansın. Hələ mən hökümətin məqsədli şəkildə Ermənistan pasportunu əhalidən yıgıb onları Azərbaycan vətəndaşı etmək kimi naşı siyasətindən heç danışmıram.Əcaba bu qədər qeyri-professional siyasətmi olar,bu qədər səriştəsizlikmi olar.Niyə biz bu kimi siyasətimizlə Ermənistan dövlətinin yaşamasına, mövcud olmasına çalışırıq? Niyə bu 20 ildə Qərbi Azərbaycanlılar siyasi baxımdan təşkilatlanmayıb, niyə onlar Qərbi Azərbaycana qayıtmaq üçün beynəlxalq səviyyədə mübarizə aparmırlar,niyə onlar Azərbaycanın yox, Ermənistanın vətəndaşları olduqlarını isbat etmirlər, vətəndaş hüquqlarını tələb etmirlər? Qərbi Azərbaycan probleminin üstündən sükutla keçməkdə məqsəd nədir? Azərbaycanın Qərbi Azərbaycan Problemindən Ermənistan dövlətinə qarşı təzyiq kimi istifadə etmək avantajı ola- ola bundan niyə imtina edir?
Qərbi Azərbaycan problemi zorla bastırılmaqda, Qarabaq problemi gündəmdə tutulmaqdadır. Halbuki, bu iki məsələ əslində bir-birinə baglı eyni problemdir və kompleks yanaşma tələb edir. Ermənistanlı-Qarabaglı ayrımı yoxdur, türk-erməni ayırımı, savaşı var. Bu məsələni bu şəkildə sosial şüurda mənimsəməsək bu müharibədə qalib gələ bilmərik. Bunun da bir səbəbi var. Qərbi azərbaycanlılar hakimiyyət ugrunda mübarizələrdə siyasi eloktorat kimi məhz burda, Azərbaycanda hansısa partiyalara, siyasətçilərə lazımdır və onların Ermənistana qayıdış hərəkatları onların adlarından istifadə edən bir faiz klançı, mafioz güclərin sonu demək olardı. Bu üzdən Qərbi Azərbaycan türklərinin hərəkatları ciddi nəzarət altında saxlanılır. Qərbi Azərbaycanlılar YAP –ın və AMİP-in sosial bazasını təşkil etməkdədirlər. Bu partiyaların liderləri beynəlxalq təşkilatlarla və diplomatik nümayəndəliklərlə çoxsaylı görüş keçirmələrinə baxmayaraq, bu problemi heç vaxt beynəlxalq müzakirələrə daxil edə bilməmişlər.
Qərbi Azərbaycan problemindən “qaçışın “digər səbəbi isə budur ki, Qərbi Azərbaycan məsələsi ilə məşgul olan təşkilat və şəxslər problemin qoyuluş fəlsəfəsində siyasi- strateji yanlışlıga yol verirlər.Qərbi Azərbaycan problemini Bütöv Azərbaycan probleminin tərkib hissəsi kimi yox, “Ermənistanlı”, “Klan” problemi kimi təblig edirlər. Nəticədə bütün cəmiyyət qorunmaq üçün özünü bu “Klan” mübarizəsindən təcrid edir. Bəs nə etməli? Qərbi Azərbaycan hərəkatı Butöv Azərbaycan hərəkatının tərkib hisəsi kimi qoyulmalı, dövlət və diaspor təşkilatları tərəfindən dəstəklənməlidir. Bu hərəkat ümummilli bir hərəkata cevrilməli, hakimiyyətdə təmsil olunan Qərbi Azərbaycanlı məmurların şəxsi mənfəətlərinə xidmət edən klançılıq və regionculuq damgasından azad olmalıdır. Qərbi Azərbaycan hərəkatı klançı və regionçu hərəkat deyil Bütöv Azərbaycan Hərəkatıdır .
Qərbi Azərbaycan problemi bu torpaqlar üzərində qurulmuş Ermənistan dövlətinin yarandıgı zamandan başlanmışdır. Ermənilərin Dənizdən-dənizə (Qara dəniz-Aralıq dənizi-Xəzər Dənizi) böyük Ermənistan planı Çar Rusiyasının isti dənizlərə enmək, Bosfor və Dardanel böğazlarindan keçərərk İstanbulu fəth etməsilə Böyük Roma Dövlətinə çevrilmək planının tərkib hissəsi kimi 18-ci əsrdən 21-ci əsrə qədər Azərbaycanda Rusiyanın dəstəyi ilə həyata keçirilməkdədir. Azərbaycanın tarixi ərazisində Ermənistan dövlətinin yaradılması və genişlənməsi 3 mərhələdə və formada həyata keçirilmişdir.
1.Azərbaycanın Qərb torpaqlarında ( tarixi İrəvan xanlıgı) yerli Türklərə qarşı etnik təmizləmə, soyqırım, siyasəti həyata keçirilərək Ermənistan dövlətinin yaradılması;
2.SSRİ dövründə Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi;
1918-ci ilin 28 mayında Quzey Azərbaycanda qurulmuş Müstəqil Azərbaycan Demokrtik Cümhuriyyəti Rus Bolşevik Qızıl Ordusu tərəfindən 1920 –ci ilin aprelin 27-də işgal edildikdən sonara, Rus Sovet imperiyasının 1 dekabr bəyanatına əsasən, Zəngəzurun bir hissəsi (4505 kv.km)- Qafan ,Gorus, Sisyan və Mehri bölgələri Ermənistana birləşdirildi. 1920-ci ildə Naxçıvanın Ordubad, Şahbuz, Şərur rayonlarının bir hissəsi, 1922-ci ildə Goyçə gölü hövzəsindəki Dərəçiçək, Kəvər və Basarkeçər bölgələri Ermənistana verilib. 1922-ci ildə Dərələyəz ərazisi, 1929-30-cu illərdə Əldərə, Lehvaz, Astazur, Nüvədi və.s. kəndlərin Ermənistana verilməsi və bu ərazidə Mehri rayonunun yaradılması nəticəsində Naxçıvan bölgəsi Azərbaycanın qoparılıb. Hazırda Ermənilər və Kürdlər Naxçıvana sahiblənmək üçün mübarizə aparmaqdadırlar. 1938-ci il martın 5-də Sədərək və Kərki ətrafındakı ərazilər Ermənilərə verildi. 1946-cı ildə M.C.Bagırov tərəfindən 40 kv.kmlik meşə sahəsi Ermənilərə verilmişdir. 1969-cu ildə Vəli Axundov tərəfindən 7,6 kv.kmlik ərazi ermənilərə verilib. 1980-ci ilin ortalarında Ordubadın Kotam və Kilid kəndlərinin bəzi hissələri Ermənistana verildi. 1982-ci ildə Qazagın Kəmərli,Aslanbəyli və Qaymaqlı kəndlərinin örüşlərinin bir qismi Ermənistan ərazisinə qatılıb.
3. Azərbaycan Respublikasının Qarabağ və ətraf yeddi rayonunun Ermənistan və Rusiya tərəfindən işğal edilərərk oyuncaq “Dağlıq Qarabağ Respublikasının” yaradılması və Ermənistan Respublikasina birləşdirilməsi; (1988-1994-cü illərdə Ermənistan Azərbaycana müharibə elan edərək Daglıq Qarabagı və ətraf rayonlarını -Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Agdərə, Agdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilanı işgal etdi. Bu dövrdə işgal edilmiş ərazilərin sahəsi 17000 kv.km-dir. Bu siyasətin nəticəsində Bütöv Azərbaycanın tərkib hissəsi olan Qərbi Azərbaycan tamamilə Ermənistana verilmiş, Quzey Azərbaycan Respublikasının 20% ərazisi işğal olunmuş, 2 milyon Azərbaycan türkü terror və soyqırım vasitəsilə məhv edilmişdir. Bu barədə internet saytlarında çoxlu məlumatlar var.
Məsələn, “Azərbaycan türklərinin Qərbi Azərbaycandan deportasiyası köçürülməsi və bu torpaqlarda Erməni dövlətinin qurulması planı hələ XVIII əsrdən Rusia imperatorluğunun rəhbərliyi altinda həyata keçirilməyə başlanılıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb: Birinci mərhələ 1905-1920-ci illər; İkinci mərhələ 1948-1953-ci illər ; Üçüncü mərhələ 1988-1992-ci illər.
Azərbaycan türklərinin (türklərin əksəriyyət təşkil etdiyi əhalinin) Ermənistanın indiki ərazisindən kütləvi köçürülməsi məqsədi ilə 23 dekabr 1947 – SSRİ Nazirlər Soveti “Ermənistan SSR-də yaşayan Azərbaycan türklərinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı qərar qəbul edib. Qərara görə, azərbaycanlı əhalinin yerinə xaricdən ermənilər köçürülməli və onlar sovet dövlətinin rifahı üçün çalışmalı idilər. 10 mart 1948 – SSRİ Nazirlər Soveti Ermənistandakı azərbaycanlı əhalinin Azərbaycana deportasiyası haqqında ikinci qərar qəbul edib. Bununla bağlı SSRİ Nazirlər Sovetinin ilk qərarı 1947-ci il dekabrın 23-də qəbul olunmuşdu. Qərara görə, Azərbaycan turklərinin boşaltdığı ərazilərə xaricdən ermənilər köçürülməli idilər. 1948-1953-cü illərdə 100 minə yaxın azərbaycanlı Ermənistandan deportasiya edildi. 1948-1953-cü illər deportasiyası nəticəsində Ermənistanda 476 azərbaycanlı kəndi boşaldılmışdı. 1948-1953-cü illərdə Azərbaycan türklərinin Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası son 200 ildə soydaşlarımızın başlarına gətirilən faciələr silsiləsinin bir həlqəsidir.
Deportasiya və yaxud əhalinin zorakılıqla miqrasiyası sovet hakimiyyəti illərində müxtəlif üsullarla həyata keçirilən siyasi repressiyanın xüsusi forması idi. Etnik təmizləmə məqsədini güdən bu aksiya həm administrativ xarakter daşıdığı üçün, həm də Ermənistanda yaşayan xalqlardan yalnız birinə − azərbaycanlılara şamil edildiyi üçün siyasi repressiya kimi xarakterizə edilməlidir. Min illər ərzində müəyyən arealda formalaşmış toplumun gözlənilməz bir qərarla tarixi köklərindən qoparılaraq yurdsuzlaşdırılması isə bu aksiyanın qeyr-insani, antihumanist xarakterinə dəlalət edirdi. 1988-ci ilin yanvarından etibarən “türksüz Ermənistan” siyasəti planlı şəkildə həyata keçirilməyə başlanmışdır. Ermənistan hökuməti, “Qarabağ” və “Krunk” komitələri, Eçmiədzin kilsəsinin nümayəndələri SSRİ rəhbərliyinin himayəsi ilə Azərbaycan türklərinin qovulması prosesində minlərlə qanlı aksiyalar törətmişlər.
Etnik təmizləmə nəticəsində Ermənistanın türklər yaşadıgı 185 yaşayış məntəqəsi boşaldılmış, 250 mindən artıq azərbaycanlı və 18 min kürd öz ev-eşiyindən zorla qovulmuş, 217 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir. Bunlardan 49 nəfəri ermənilərin əlindən qaçarkən dağlarda donmuş, 41 nəfər qəddarlıqla döyülərək qətlə yetirilmiş, 35 nəfər işgəncələrlə qətlə yetirilmiş, 115 nəfər yandırılmış, 16-sı güllələnmiş, 10 nəfər əzab və işgəncələrə dözməyərək infarktdan ölmüş, 2 nəfər xəstəxanada həkimlər tərəfindən öldürülmüş, digərləri isə suda boğularaq, asılaraq, elektrik cərayanına verilərək, başları kəsilərək qətlə yetirilmişdir. 1988-ci ilin deportasiyası azərbaycanlılara qarşı etnik təmizləməni başa çatdırdı. Bu proseslər zamanı ermənilər Ermənistanda yaşayan Azərbaycan türklərinin yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daхil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Ermənistandan didərgin salınıb. Sonuncu deportasiyada –1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Ermənistandan Azərbaycan türklərinin izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tariхi, mədəni abidələri, dini müəssisələri, məktəb, хəstəхana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Ermənistanda ermənilər azərbaycanlılara məхsus 2000-dən artıq qəbiristanlığı dağıdıb.
Təəssüflər olsun ki, bu faktlar bu gün dünyada haqqı-ədaləti bərpa etmək istəyən super güclərin gözü qarşısında baş verib, lakin hələ də öz hüquqi qiymətini almayıb. Bundan başqa, SSRİ Nazirlər Kabinetinin çoxlu sayda sərəncamları ilə Ermənistanda 2 mindən çox yer adı dəyişdirilib. Qərbi Azərbaycanda və Azərbaycan Respublikası ərazisində işğal nəticəsində iki milyon (2 000 000) Azərbaycan türkü terror, deportasiya, soyqırım vasitəsilə məhv edilmişdir. Etnik təmizləməyə məruz qalmış soydaşlarımızın hüquqları dünya birliyi tərəfindən tanınmalıdır”.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına qarşı BMT TŞ 1993-cü ildə 822, 853, 874,884 saylı qətnamələri qəbul etmişdir. Bu qətnamələrin tələbləri yerinə yetrilməmişdir. Qarabağ müharibəsinin nəticələrinin aradan qaldırılması yönümündə fəaliyyət göstərən ATƏT-in MİNSK qrupnun indiyə qədər təklif etdiyi
1. Paket həll;
2. Mərhələli həll;
3. Ortaq dövlət proyekti;
4. Madrid prinsipləri
Azərbaycan Milli maraqlarına zidd olmuş, dolayısıyla Ermənistanın işgalçılıq siyasətinə bəraət qazandırmaga yönəlmişdir. Ərazi bütövlüyünün toxunulmazlığı, xalqların öz müqəddaratını təyin etmək hüququ, güc tətbiq etməkdən imtina prinsiplərini əsas götürərərk tətbiq edilməsi nəzərdə tutulan bu layihə və prinsiplər əslində Azərbaycan torpaqlarında müstəqil “Qarabağ” dövlətinin yaradılmasına və möhkəmlənməsinə xidmət etməkdədir. ATƏT-in MİNSK qrupu üzvləri Rusiya və Fransa Ermənistanın strateji müttəfiqləridir və saxta Erməni soyqırımını tanımaqdadırlar. ABŞ-ın 30 ştatında soyqırım tanınıb və konqresdə soyqırımın tanınması məqsədi ilə masanın ustündə 2 layihə var. ABŞ problemin həllində ikili standartlar siyasətinə üstünlük verir və Qafqazda enerji təhlukəsizliyi maraqlarına uygun olaraq Azərbaycanın qarşısına güc tətbiq etməmək şərtlərini qoyur.
Buna görədə MİNSK Qrupunun fəaliyyətindən Azərbaycan imtina etməli, məsələ BMT-də başqa formatda həll olmalıdır.
Bununla bərabər Ermənistan Türkiyənin Şərqi Anadolu bölgələrini və Naxçıvanı da Ermənistana birləşdirmək məqsədi ilə 4T adlı strateji siyasətini də həyata keçirməkdədir. 4T proqramına daxildir:
a) erməni spyqırımının dünyada tanınması,
b) Türkiyənin soyqırımı tanıması,
c) Türkiyənin soyqırım əvəzinə təzminat ödəməsi,
d) Türkiyənin şərqində–doğu anadolu bölgəsində Naxçıvan da daxil olmaqla ermənilərə torpaq verilməsi.
4T proqramı vasitəsilə Türkiyənin bölünməsi və ərazilərinin Ermənistana birləşdirilməsi planlaşdırılır. Bu Plan əsasında Türkiyə və Azərbaycan arasında quru sərhədlərin aradan götürülməsi, bir-birindən təcrid edilməsi nəzərdə tutulur. 4T proqramına uyğun olaraq dünyanın 20-dən çox ölkəsi, ABŞ-ın 30 ştatı, Avropa Parlamenti “Erməni soyqırımını” tanımaqla Türkiyə ərazisini parcalamaq ideyasını gerçəkləşdirməkdədirlər. Bu məqsədlə 45000 sayt yaradılmış, çoxlu əsərlər yazılmış, rəsmlər və filmlər yayılmışdır. Bununla bərabər Rusiya və İran strateji müttəfiqi kimi Ermənistanı gücləndirməkdə və Azərbaycan və Türkiyəyə qarşı silah kimi istifadə etməkdədir. Bütün bunların qarşısını almaq üçün təklif edirəm .
1. 4T proqramına qarşı Türkiyə-Azərbaycan–Gürcüstan strateji əməkdaşlığına əsaslanan alternativ proqram hazırlansın. Turkiyə və Azərbaycan Ermənistan dövlətinin Azərbaycanın tarixi torpaqlarında türklərə qarşı etnik təmizləmə və soyqırım aparılaraq quruldugunu gundəmə gətirməli Ermənistan ərazisinin mübahisəli ərazilər kimi tanımasına nail olmalıdır. Buna nail olmaq məqsədilə 1919-cu ildə Azərbaycan nümayəndə Heyətinin rəhbəri Əlimərdan Bəy Topçubaşovun Paris Sülh konfransına təqdim etdiyi Momerandum siyasi-hüquqi sənəd kimi əsas götürülməlidir.Bu momerandumda Azərbaycanın tarixi-etnik-siyasi cografiyası əks olunmuş, Azərbaycan Cümhuriyyətinin bu sərhədlər çərcivəsində tanınması tələb olunmuşdu.
2. Ermənistanın strateji müttəfiqi olan Rusiyanı “zərərsizləşdirmək” üçün Rusiya Federasiyasının subyekti olan Türk Rrespublikaları və RF-nın müsəlman əhalisi ilə sıx işbirliyi qurulsun – Turançılıq və İslam Birliyi ideyası dəstəklənsin və Rusiya mərkəzli Avrasiyaçılıq boykot edilsin.
3. Ermənistana dəstək verən İrana qarşı Güney Azərbaycan türklərinin istiqlalı dəstəklənsin, İranda Etnik problemin oldugu qabardılsın, digər etnik birliklərlə iş birliyi qurulsun. Ermənistan- Azərbaycan arasındda gedən-Qarabag müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatması və Qərbi Azərbaycan probleminin həll olunmasının əsas şərti Güney azərbaycanın istiqlaliyyətinin əldə olunmasıdır. Əgər Güney Azərbaycan müstəqil dövlətə çevrilirsə Ermənistan Quzey-Güney Azəırbaycan arasında blokadaya düşür, Ermənistanın quru sərhədləri Türkiyə, Güney-Quzey Azərbaycan olur,Ermənistan xarici dünya ilə yalnız havadan əlaqə saxlamaq məcburiyyəti qarşısında qalır.Həmçinin Ermənistana Fars dəstəyi aradan qalxmış olur,bu gün Ermənistan üçün nəfəslik rolu oynayan İran adlı dövlət mövcud olmur.Nəticədə Ermənistanın strateji müttəfiqlərindən biri tarixdən silinir.Ermənistanın digər müttəfiqi və hamisi Rusiya tək qalaraq İran kimi müttəfiqini itirir.Belə bir vəziyyətdə Ermənilər Təcavüzkar xalqdan türklərlə uyum saxlayan xalqa çevriləcəkdir.
4. İslam Konfransı Təşkilatında Ermənistana dəstək verən İrana qarşı sankisyaların tətbiq olunmasına çalışılsın.
5. Qərbi Azərbaycan məsələsi siyasi gundəmə gətirilməli beynəlxalq problemə çevrilməli və ATƏT-in MİNSK Qrupnun danışıqlarında əsas prioritetlərdən biri olmalıdır. ATƏT-in Minsk qrupu bu prinsipi gündəlliyinə daxil etməsə ATƏT-in Minsk Qrupunun fəaliyyətindən imtina edilsin.
6. ABŞ-ın Qafqazda və Orta Şərqdə strateji müttəfiqi olan Türkiyə və Azərbycan ABŞ-ın ikili standart siyasətinə cavab olaraq ABŞ-la və Avropa ölkələri ilə münasibətlərinə və enerji siyasətinə yenidən baxsın.
7. Qərbi Azərbaycan Türklərinin Qərbi Azərbaycana (Ermənistana) qaytarılması məqsədilə tədbirlər planı həyata keçirilsin.
Bu məqsədlə;
– Hökümətin Qərbi Azərbaycan Probleminin həlli ilə baglı siyasi-hərbi-strateji proqramı olmalıdır. Bu proqramda – Qərbi azərbaycanın tarixi Türk torpagı olması; Yerli Türklərin Rus-Erməni birləşməsi tərəfindən Etnik təmizləmə və Soyqırıma ugradılması nəticəsində Ermənistan dövlətinin qurulması; bu torpaqların yenidən Azərbaycana birləşdirilməsi və Ermənistandan qovulmuş azərbaycanlıların öz torpaqlarına qayıdışı öz əksini tapmalıdır. Qərbi Azərbaycanın Erməni işgalından azad edilməsi və Azərbaycana birləşdirilməsi zərurəti dünya ictimai rəyində qəbul etdirilməlidir.Bu məqsədlə AMEA, DAK, Diaspor Komitəsi, Mediya, QHT strukturları səfərbər olunmalıdır. AMEA bu mübarizənin elmi təbligat-təşviqat işini yerinə yetirməlidir.
– Qərbi Azərbaycan problemi ilə baglı xüsusi informasiya siyasəti hazırlanmalı, tədqiqatçılar jurnalistlər səfərbər olaraq bu siyasəti həyata keçirməlidirlər.
– Qərbi Azərbaycan probleminin beynəlxalq problemə çevrilməsinə nail olunmalıdır.Bu məqsədlə Dövlət səviyyəsində ABŞ, Avropa, Rusiya, Yaponiya. Hindistan və s ölkələrdə beynəlxalq elmi-siyasi konfranslar keçirilməli, dünyadakı bütün Azərbaycanşünas, Ermənişünas alimlərin, tədqiqatçıların, yurnalistlərin, diplomatların, millət vkillərinin, yazarların, rəssamların konfransa qatılmaları təmin olunmalı, Qərbi Azərbaycanın Ermənilər tərəfindən etnik təmizləmə nəticəsində işğal edilməsi və burada Ermənistan dövlətinin qurulmasının tarixi kökləri və səbəbləri barədə akademik və ictimai müzakirələr başladılmalı, Ermənilərin Qərbi Azərbaycanı işgal etdikləri sübut olunmalıdır.
– Beynəlxalq təşkilatlarda-BMT, Avropa Şurası, İKT, GÜAM, Avropa Parlamenti, müxtəlif ölkələrin Parlamentlərində, ABŞ konqresində Qərbi Azərbaycanla baglı dinləmələr, müzakirələr təşkil edilməlidir.
– Qərbi Azərbaycan Mühacir Höküməti yaradılmalı, bu hökümət problemlə baglı beynəlxalq müzakirələr aparmalı, Qərbi Azərbaycana Qayıdış hərəkatına rəhbərlik etməlidir.
– Qərbi Azərbaycanlılar mubarizəyə başlamalı, təşkilatlanmalı, bu təşkilatlar arasında əlaqələndirmə şurası yaranmalı, vahid strateji xətt müəyyən olunmalıdır. Qərbi Azərbaycana Qayıdış Hərəkatları gücləndirilməlidir.
– Qərbi Azərbaycan İnformasiya agentliyi və TV fəaliyyət göstərməlidir.
– Əslən Qərbi Azərbaycandan olan Ermənistan vətəndaşları siyahıya alınmalı, və onlaın Ermənistana ərazi iddiası irəli sürmələri təmin edilməlidir. 1988-ci ildə Qərbi Azərbaycandan etnik təmizləmə siyasətinin qurbanı olan Qərbi Azərbaycanlıların mülkiyətlərinin dəyəri hesablannmalıdır.
– Qərbi Azərbaycanda demoqrafik vəziiyyət, mədəniyyət, arxeologiya, etnoqrafiya, toponim, hiidronim və s. sahələrlə baglı Beynəlxalq təşkilatlarda konfranslar disputlar təşkil edilməli, Qərbi Azərbaycanın erməniləşdirilməsi və erməni dövlətinə çevrilməsi prosesi bütün təfərrüatı ilə izah olunmalıdır.
– Çar Rusiyası dövründə Qərbi azərbaycanda yaşamış əhalinin siyahıya alınmaları və mlkiyyətləri haqdaa məlumatlar Rusiya arxivlərindən çııxarılmalıdır.
– Yerli Azərbaycan türkləri və gəlmə ermənilərdən ibarət xalqların iştirakı ilə Ermənistanın iki dilli iki millətli dövlətə çevrilməsi təbligatı aparllmalıdır. Ermənistan vətəndaşları olan Türklər Ermənistana qayıtmalı, Ermənistanda öz partiyalarını, parlament fraksiyalarını, mediya sistemlərini qurmalıdırlar. Azərbaycanlıların öz torpaqlarına qayıdaraq Ermənistan dövlətinin idarə olunmasında, parlamentin işində prioritet əsaslarla iştirak etməsinin zəruriliyi əsaslandırılmalıdır.
– Qarabagla baglı gedən beynəlxalq danışıqlarda Qərbi azərbaycanlılar tərəf kimi iştirak etməli, Azərbaycan ərazisində Ermənilərə hansı status veriləcəksə Ermənistanda Azərbaycanlılara da həmin statusun verilməsi təmin edilməlidir. Bu Qafqazda Ermənistan Azərbaycan müharibəsinin balanslaşdırma və tarazlaşdırma prinsipləri ilə aradan qaldırılmasına yardımçı ola bilər.
– Qərbi Azərbaycana probleminin həllində 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayədə heyətinin Paris Sülh konfransına təqdim etdiyi Memorandumda irəli sürülən on dörd bənddən ibarət “Qafqaz Azərbaycanı Respublikasının nümayəndəliyinin Paris Sülh Konfransından tələbləri” adlı sənəd əsas götürülməlidir. Azərbaycan Cümhuriyyətinin sərhədləri və torpaqları bu momerandumda əks olunmuşdur. Bu Tarixi-hüquqi sənədə əsaslanaraq Azərbaycan bu momerandumda əks olunmuş Torpaqlarımıza sahiblənmək iddiasını yenidən qaldırmalıdır. Bu sənəddə Azərbaycan Respublikasının əraziləri bütün Qafqaz ərazisinin 39 faizini təşkil edirdi. Momerandumda Qafqaz Azərbaycanın ərazisi Çar Rusiyası dövründəki inzibati-ərazi bölgüsü əsasında göstərilmişdi.
1. Bakı quberniyası-Bakı şəhəri,Bakı,Cavad,Göyçay,Şamaxı,Quba,Lənkəran qəzaları:
2. Yelizeavetpol (Gəncə) quberniyası-Gəncə, Cavanşir, Nuxa, Ərəş, Şuşa, Cəbrayıl, Zəngəzur, Qazax qəzaları:
3. İrəvan quberniyası-Naxçıvan, Şərur-Dərələyəz, Sürməli qəzaları, Yeni Bəyazid, Eçmiədzin, İrəvan, Aleksandrapol qəzalarının bir hissəsi:
4. Tiflis quberniyasında –Tiflis, Borçalı və Signaq qəzalarının böyük hissəsi:
5. Zaqatala qəzası:
6. Dagıstan regionunda Kurinə və Samur nahiyələrini əhatə edən ərazinin bir hissəsi,Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla Kaytaq-Tabasaran qəzzasının bir hissəsi:
7. İrəvan və Tiflis quberniyalarında və Zaqatala dairəsində bu momerandumda adı çəkillməyən bir sıra kiçik ərazilər də Azərbaycana daxildir.
Versal Sülh konfransına təqdim olunan bu Azərbaycan torpaqları üzərində yüksəlmiş Azərbaycan cümhuriyyətinin hüquqi ərazilərinə indi biz iddia etməliyik.Qərbi Azərbaycan və Qarabag probleminin həllində bu Momerandum əsas götürülməlidir.
Tarixdə bir cox xalqlar müharibədə uduzmuş torpaqlarını dövlətlərini itirmişlər. Lakin yenidən güclənərək səfərbər olunaraq işgal olunmuş torpaqları geri qaytarmışlar. Ardıcıl, məqsədyönlü, planlı fəaliyyət göstərsək əmin olun ki, Qərbi Azərbaycan Bütöv Azərbaycana birləşəcək bir gün. Əsas odur ki, orda, O torpaqlarda bu birləşməni təmin edən türk olsun, Türk yaşasın.