Blinken – “Rusiya Olimpiada bitməmiş Ukraynanı işğal edə bilər…”

11/02/22 5:13

VAŞİNQTON. 11.2.2022

Blinken: Biz Rusiyanın eskalasiyasının çox narahatedici əlamətlərini görməkdə davam edirik

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Rusiya istənilən vaxt, o cümlədən 2022-ci ildə Pekində keçiriləcək Olimpiya Oyunları başa çatana qədər Ukraynaya müdaxilə edə bilər. Bu barədə fevralın 11-də Reuters məlumat yayıb .

O, Amerika vətəndaşlarına Ukraynanı dərhal tərk etməyə çağırışını təkrarlayıb.

“Biz Rusiyanın eskalasiyasının çox narahatedici əlamətlərini, o cümlədən Ukrayna sərhədinə yeni qüvvələrin gəlməsini görməkdə davam edirik”, – Blinken bildirib.

ABŞ prezidenti Co Bayden fevralın 11-nə keçən gecə yayımlanan NBC telekanalına müsahibəsində amerikalıları Rusiyanın işğalı təhlükəsi ilə əlaqədar Ukraynanı dərhal tərk etməyə çağırıb .

O qeyd edib ki , Rusiya dünyanın  ən böyük ordularından birinə malikdir. Bu, “çox fərqli bir vəziyyətdir və hər şey çox tez baş verə bilər” dedi.

Transqafqaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir