Blinken: Ukraynada müharibə dağıdıcı olacaq

20/02/22 7:43

ABŞ dövlət katibi Entoni Blinken deyib ki, Ukraynadakı müharibə dağıdıcı nəticələrə səbəb ola bilər.

Blinken bu barədə Almaniyanın “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində bildirib.

“Müharibənin ilk növbədə günahsız ukraynalılar üçün dəhşətli, dağıdıcı nəticələri olacağına şübhə yoxdur. Bunun da təbii ki, ciddi sanksiyalar şəklində Rusiya üçün nəticələri olacaq”, – deyə o bildirib.

Blinken Ukraynada müharibənin beynəlxalq ictimaiyyət üçün ciddi çağırış olacağını bildirib. Onun fikrincə, ölkədə böhranın kəskinləşməsi bütün dünya üçün narahatlıq yaradır.

Transqafqaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir