🇦🇿🇬🇧 Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ixrac naziri Lord Malkolm Offord ilə görüşüb. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətləri müzakirə olunub.
▪️Mikayıl Cabbarov iqtisadiyyatın müxtəlif sahələrində ölkələr arasında əlaqələrin inkişaf etdiyini və əlaqələrin genişləndiyini vurğulayıb. Azərbaycan Böyük Britaniya ilə səmərəli ticarət və investisiya əməkdaşlığı həyata keçirir. Böyük Britaniya ölkəmizə ən böyük investordur.
Ömər Məmmədli