BÖYÜK TÜRK HÖKMDARI ÇİNGİZ XANIN BİLMƏDİYİNİZ ÖZƏLLİKLƏRİ…

20/02/22 10:35
  1. Çingiz xan doğularkən yumruq kimi tutulmuş ovcunda laxta qan var imiş…
    2. «Çingiznamə» və «Əkbərnamə» tarixi əsərlərində Əllaminin yazdığına görə, Çingiz xan nəsli Göydən nur kimi Yerə enmiş Boz (Göy) Qurddan hamilə qalmış Alanqvanın nəslindəndir və Nurinlər (Nurdan törəyənlər) adlanırlar…
    3. Çingiz xan 10 yaşında ikən birgə etdikləri şikarı bölüşə bilmədiklərinə görə qardaşını vurub öldürüb…
    4. O, 15 yaşında ikən əsir düşür və əsirlikdən qaçmağa nail olduğuna görə məşhurlaşır…
    5. Çingiz xan hündürboylu, sarı saçlı və yaşıl gözlü bir görkəmi varmış. Uzun saqqal saxlayarmış. Görünüşünə görə asiyalı və avropalının qarışıq cizgilərinə sahibmiş…
    6. O, Çingizoğulları imperiyasını yaradaraq Çin və Rusiya əraisindəki bütün tayfaları birləşdirməyə nail oldu. Sonralar onun imperiyası Sakit okeanından Şərqi Avropayadək uzanırdı…
    7. Uzaq İspaniyadakı universitetdə Türk dilinin tədrisini əmr etmişdi…
    8. O, 9 yaşında gələcək xanımı olacaq Börtə ilə tanış olmuşdu. Ona bu qızıatasıtapmışdı və 16 yaşında toyları oldu…
    9. Çingiz xanın davamçılarından olan Ugedeyin dediyinə görə o, Türk dilindən başqa bir dil bilməzmiş…
    10. Çingiz xan hesab edirdi ki, böyük cahangirin çoxlu davamçısı olması vacibdi. Ona görə də xanın hərəmxanasında minlərlə qadın vardı. Övladlarının sayı bəlli deyil. Buna baxmayaraq onun ilk xanımı imperatriçə sayılırdı. Hazırda genetik araşdırmalarla sübut edilib ki, Asiya əhalisinin 8%-i, məhz onun sülaləsindəndir və ona məxsus Y xromosomunun daşıyıcılarıdır.
    11. Tarixçilərin Avrosentrist uydurmalarına əsasən, bu yürüşlər zamanı, guya 40 milyon adam məhv edilib. Əhalinin o dövr sayını nəzərə alsaq, bu faktın da qeyri Türk sərkərdələrinə atılmış «qaniçən» böhtanının davamı olduğunu görərik. Çünki arxeologiya kütləvi qırğınlarla bağlı bir dənə də olsun tarixi fakt ortaya qoya bilməyib…
    12. ABŞ DNK analizləri yoluyla sübuta yetirdi ki, İngilis kralları Bessarab Radu xəttiylə Çingiz xanın nəslindəndirlər…
    13. Onlarla xalq Çingiz xanı özününkü sayır…
    14. Bu gün bir çoxlarının «monqol» və ya «Monqol impeiyası» deyimi tam yanlışdır. Çünki Çingiz xanın imperiyasının adı öz oğulları tərəfindən idarə olunduğuna görə ÇİNGİZOĞULLARI İmperiyası adlanırdı. Bu uydurmanı ortaya Avrosentristlər atıb və XIX əsrdə Çinə təşrif buyuran fransızlar əsil tarixi mənbələri Çin dilinə tərcümə edərək, əsil mətnləri yoxa çıxardılar…
    15. Böyük Çingiz xan «monqol» kimi işlənən adı «Keke moğol» kimi ilk işlədən şəxsdir. Ona ilkin biyət edən xalxa xalqının Tsuzubu tayfasının adını tələffüz edə bilmədiyinə görə və bu tayfanın adı türk tayfaları arasında pinti, tənbəl və s. kimi işləndiyinə görə verdiyi bir addır. Bu gün də bu söz bəzən eyni anlamda işlənməsini bilirdinizmi?
    16. Onun ilk adı Temuçin idi. Bu ad atasının məğlub etdiyi bir sərkərdənin adı olub. Taxta çıxıb fəthlər etdikdən sonra Çingiz adını götürüb. Bəziiləri bunu «Okean», bəziləri isə «Haqlı, Adil» olduğunu yazır…
    17. Çingiz xan onun arvadını oğurlayan tayfaya qəzəblənmiş və onları yer üzündən silmişdir…
    18. Çağdaş dünyanın coğrafi və imzibati düzənini, məhz Çingiz xan cızmışdır. Bu gün də idarə sistemi, kömrük, xəfiyyə, rabitə və s. onun müəyyən etdiyi qaydalar əsasında fəaliyyət göstərməkdədir.

19. Bəzi türkçü gənclər saxtakar tarixçilərə uyaraq Çingiz xanı Səlcuqluları, Qıpçaqları və Xarəzmşahı cəzalandırmaqda günahlandırırlar. Səlcuqlular farsların, rumluların, hətta ermənilərin əlaltısına çevrilmişdi. Baba İshaq üsyanı, Əxilər hərəkatı deyilənləri sübut edir. Orta Asiyada Xivəlilər buddizmə meyilənmiş xaqandan Çingiz xana şikayət etmişdilər, həmçinin də Məhəmməd şahın eyş-işrətə qurşanması onların cəzalandırılmasına səbəb olmuşdu. Dəşti Qıpçaqda isə 7 qıpçaq voyevodanı yanına çağırıb demişdi ki, biz eyni xalqdanıq. Slavyanlardan uzaq durun! Söz versələr də xəyanət etdilər və Çingiz xanın cəzası çox ağır oldu. Kobyakov, Konçakov kimi voyevodaların nəslində bir kişi qalmadı…
20. Böyük Çingiz xan Xarəzmşahı məğlub etdikdən sonra xalqı Bayram meydanına yığıb bu nitqi söylədi: «Siz qadınlaşmış kişilərsiniz. Yurdunuzu qorumaq üçün ölməyi bacarmayan qorxaqlarsınız. Sizlərdən iyrənirəm. Siz ilandilli, pozğun qəlbli adamlarsınız. Padişahınız bayağı, vəzirləriniz bayağı, bəyləriniz bayağıydılar. Siz də bayağı olduğunuz üçün onların əməllərinə göz yumdunuz. Oğruların əllərindən öpüb, güclülərin ayağına yıxılırdınız. Sizdən diksinirəm.İstəsəm hamınızı boğazlayıb leşlərinizi atlara çığnadardım.Bunu etmirəm. Çünki mənim əlimlə və əmrimlə öldürülməyə belə llayiq deyilsiniz. Amma bunu bilin ki, günahınız çoxdur. Tanrıya baxacaq üzünüz belə yoxdur. Mən hər şeyi görən və bilən Tanrının qılıncıyam.Sizin boynunuzu vurmaq üçün qınımdan çıxdım və par-par prıldayıram. Əgər ağlınızı başınıza yığsanız murdar qanınızı bağışlayaram. Əks halda qadınlı- kişili hamınızı üzərindən quş alayı keçmiş çəyirtkə sürüsünə çevirəcəyəm». Məncə bu fakt Çingiz xanın haqlı və adil olmasını sübut edir…
21. Çingiz xan hərbi strateq kimi hərbi hiylələrdən, xəfiyyə və kəşfiyyatdan məharətlə istifadə edirdi. Xaçpərəstlər onu «Tanrının cəzası», müsəlmanlar isə «Allahın günahkarları cəzalandırmaq üçün göndərdiyi şəxs» adlandırırdılar. O bu faktdan da məharətlə istifadə edirdi. Tuğ gəzdirən alpağut ordudan 3 günlük məsafədə gedərdi. Tanrının günahkarları cəzalandırmaq üçün göndərilən ordunun gələcəyini deyərdi. Fars mənbələrindən alınmış bu faktlara görə, bunun psixoloji bir zərbə kimi hesablanması aydın olur.
22. Çingiz xan xəyanəti heç sevməzdi. Onun elçisini öldürmüş farsların Qum şəhərində 90%-ni qətlə yetirdiyini yazırlar. Avrosentristlər yazır ki, guya bu qətliamdan sonra farslar 1900-cu ilədək o vaxtkı əhali sayını bərpa edə bilməyiblər…
23. Barıt və topdan ilk istifadə edən, məhz Çingiz xandır. O dövrdən qalma top və mərmilər ABŞ — da muzeydə saxlanılır. ABŞ-da Çingiz xanla bağlı Mərkəz fəaliyyətdədir…
24. Çingiz xan da qeyri Türk hökmdarları kimi məzarının gizli qalmasını vəsiyyət etmişdi. Ona görə də dəfndən sonra bütün şahidlər öldürülərək aradan götürülmüşdü. O, məzarını çayın altında qalmasını və kimsənin onu rahatsız etməməsini istəyirdi. Eyni üsulla Böyük Atilla dəfn edildiyi bilinir…
25. Çingiz xan deyib: «Mənim məzarım tapılan zaman bir uşaq doğulacaq və bütün dünyanı fəth edəcək!»

FEDAİ.AZ ARAŞDIRMA QRUPU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir