Partiyanın adı dəyişdirilərək Milliyyətçi Hərəkat Partiyası adlandırılıb.
Qələndər Muxtarlı Partiyanın Sədri seçilib
23.01.2021 –ci il tarixində Zoom proqramı üzərindən Azərbaycan Milliyyətçilərinin növbəti 8 –ci qurultayı keçirilib. Qurultaya 124 nəfər qurultay iştirakçısı, 56- rayon təşkilatından qeydiyyatdan keçərək Zoom üzərindən qurultayına qatıla bilib. Eyni zamanda Qurultaya, qardaş Türkiyədən, Rusiya Federasiyasından, Qazaxıstan, Ukrayna və digər ölkə ölkələrdən təmsilçi və qonaqlar qatılıb.
Qurultay iştirakçılarının yekdil iradəsi ilə Partiyanın adı dəyişərək Milliyyətçi Hərəkat Partiyası adlanıb. Qələndər Muxtarlı vahid namizəd olaraq sədr seçilib.
MHP Mətbuat xidməti