Qələndər Muxtarlı: «Erməni soyqırım»ında yəhudi lobbisinin də mühüm rolu var»
“Fransa parlamentinin qəbul etdiyi mürtəce qanun mahiyyəti üzrə bütövlükdə Azərbaycan cəmiyyətində ciddi reaksiya doğurmayıb. Bu olay sanki məqsədli şəkildə heç bir hadisə olmamış kimi xarakterizə edilir”. Bu sözləri “Azadlıq”a Azərbaycan Milli Dövlətçilik Partiyasının (AMDP) sədri Qələndər Muxtarlı Fransa parlamentinin “erməni soyqırım”ının inkar edilməsini cinayət sayan qanuna Azərbaycanda adekvat reaksiyası olmamasına münasibət bildirərkən deyib.
Qələndər Muxtarlı bildirib ki, yalnız ölkənin müxalif kəsimi bunu xalqın taleyi ilə bağlı narahatçılıq kimi qəbul edib və sərt mövqe sərgiləyib: “Bu məsələ ilə bağlı nə müzakirə, nə münasibət varsa, müxalifət cameəsinə aiddir. Lakin bütövlükdə cəmiyyətin reaksiyası yetərincə deyil. Hakimiyyətdən isə danışmağa dəyməz. Sanki sıradan bir olay baş verb. Əslində isə Türkiyə ilə yanaşı Azərbaycan da təzyiqlə üz-üzə qalıb. Bu qanunun hüququ anlamı ondan ibarətdir ki, Fransa dövləti bu gün yaşayan türk övladlarına və Tüurkiyə dövlətinə belə bir hüquqi miras qoyub ki, sizin babalarınız qatil olub, insanlıq əleyhinə cinayət törədib. Biz də bunu qəbul etməliyik. Inkar edəcəyimiz təqdirdə həbs olunmaq təhlükəsi üz-üzə qalacağıq. Bu kifayət qədər ciddi təzyiqdir. Ona görə də Fransanın bu addımına qarşı ortaya sərt mövqe qoyulmalıdır”.
AMDP sədrinin fikrincə, xüsusilə Fransanın ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlışdırılması məsələsi ciddi şəkildə gündəmə gətirilməli və Türkiyə ilə Azərbaycan buna nail olmaq üçün dayanmadan çalışmalıdırlar: “Bu gün Fransanın qərəzli dövlət olduğu ortadadır. Bu fakt bizə əsas verir ki, bu dövləti həmsədrlikdən uzaqlaşdırılmasını tələb edək. Doğrudur, artıq Türkiyə prezidenti də bunu artıq dilə gətirib. Lakin hesab edirəm ki, bu söz olaraq qalmamalıdır”.
Qələndər Muxtarlı bu qanunun Sarkozinin seçkilərdə Fransandakı ermənilərdən səs almaq üçün gündəmə gətirildiyi barədə fikirləri də bölüşmür: “Bu yanlış fikirdir. Fransanın bu addımının çox ciddi siyasi səbəbləri var. Burada əsas məqsədlərdən biri Türkiyənin artan nüfuzuna, bölgənin aparıcı dövlətinə çevrilməsinə zərbə vurmaqdır. Və bu addım təkcə Fransa tərəfindən atılmayıb. ”Erməni soyqırım”ı məsələsində həmçinin yəhudi lobbisinin də mühüm rolu var. Zaman-zaman “erməni soyqırım”ı gündəmə gətiriləndə yəhudi lobbisi ilə müəyyən anlaşmalar olub və bu məsələ səngiyib. Yəni, “erməni soyqırım”ı bir növ alver predmetinə çevrilib. Türkiyə hökumətindən hansısa güzəştlər qoparmaq üçün bundan istifadə edilib”.
Xəyal