Britaniya kəşfiyyatı qeyd edir ki, 2023-cü ildə öldürülən və yaralanan rus hərbçilərinin orta gündəlik itkisi gündə təxminən 300 nəfərə çatıb ki, bu da 2022-ci illə müqayisədə çoxdur.
Ukrayna tərəfinin bildirdiyi gündəlik itkilərin artması 2022-ci ilin sentyabrında ehtiyatda olan hərbçilərin “qismən səfərbər olunmasından” sonra Rusiya qüvvələrinin deqradasiyasını və onların daha aşağı keyfiyyətli “kütləvi orduya” çevrildiyini göstərə bilər.
Rusiyaya çox güman ki, yüksək peşəkar və təcrübəli bölmələrin kaqortasını bərpa etmək üçün 5-10 il lazım olacaq.
İtkilərin hazırkı tempi 2024-cü il ərzində davam edərsə, 2025-ci ilə qədər Rusiyanın ölən və yaralananlar üzrə itkiləri 500 000-dən çox olacaq. Eyni zamanda, Əfqanıstandakı 9 illik müharibədə SSRİ təxminən 70 min insan itirmişdi.
Məmmədli Ömər