CƏNUBİ QAFQAZ – BÖYÜK GÜCLƏRİN NÜFUZ MÜBARİZƏSİ

01/08/21 5:04

Kollektiv “Qərb” Brüsseldə NATO sammitində Türkiyə və Azərbaycan alyansının uğurlar fonunda toplantısını keçirmişdir. Bu narahatlığa səbəb ilk növbədə Qərbin Cənubi Qafqazda “dayağı” hesab olunan Ermənistanın acınacaqlı darmadağın olması olmuşdur.

Bunların xəyalları ermənilərə dəstək olacaqlar, “Böyük Ermənistan” qurulacaq, ermənilər üç dənizə çıxış əldə edəcəklər kimi sərsəm planlar olmuşdur. Bu aşıq-aydın Türk və İslam düşmənçiliyi idi. 700 ildir Beynəlxalq imperializm Bizans (Türkiyə) torpaqlarını, Konstantilopulu (İstanbul) geri qaytarmaq, Cənubi Qafqaz regionuna sahib olmaq  kimi şeçidli planlar üzərində çalışırdılar və bu gün də bu cür işğalçı düşüncələr onların siyasətinin ana xətlərindən biridir. Bu çirkin niyyətlərini həyata keçirmək üçün Cənubi Qafqazın xristian (Ermənistan, Gürcstan) ölkələrinin xidmətindən böyük məmnuniyyətlə istifadə edirlər. Bu gün Gürcüstan “dost” kimi görünə bilər, çünki Türkiyə və Azərbaycan iqtisadiyyatından asılı vəziyyətdədir, lakin gələcəkdə onun münasibətinin dəyişməyəcəyinin qarantiyası yoxdur.

Əvvəlki illərdən fərqli olaraq, bu sammitə alyans üzvləri ölkələri, bloka qatılmaq üçün namizədlər, Gürcüstan və Ukraynanı dəvət etməməyə qərar verdilər. Buna baxmayaraq, Şimali Atlantika bloku Kiyevi və Tbilisini əməkdaşlıq üçün hələ şanslarının olduğunu əmin etmişdir. Bu açıqlamalar fonunda, ABŞ Dövlət Katibinin Avropa Avrasiya və Cənubi Qafqaz üzrə və Məsələləri üzrə Müavini vəzifəsini icra edən Filipp Rikerin reqiona ziyarəti baş tutmuşdur.

ABŞ dövlət katibinin müavini Filipp Rikerin 6-13 iyun tarixlərində Tbilisiyə səfəri ilə başlayan Cənubi Qafqaz turunda: “Bu ölkəyə səfərim Gürcüstanın təhlükəsiz və demokratik bir ölkə kimi daha da inkişafını təmin etmək məqsədi daşıyır. Gürcüstan ABŞ-ın Cənubi Qafqazdakı əsas strateji müttəfiqi və Qara dəniz bölgəsindəki ən vacib tərəfdaşı olaraq qalır. ”dedi.

Bundan əvvəl Gürcüstana iki senator Demokratlar Partiyasından Djinn Sheikhin və Respublikaçı Rob Portman gəlmişdilər. Onlar çıxışlarında “Moskvanın durdurmaq lazımdır”, “Moskvanın qarşısı alınmalıdır” kimi fikirlərə diqqət yetirirdilər. “İndi ABŞ və müttəfiqlərimiz hal-hazırda daha çox Rusiyanın təcavüzünə qarşı vahid bir cəbhə kimi davranmağa ehtiyac duyurlar” deyə senatorlar Tbilisiyə səfəri zamanı qeyd etdilər.

Ekspertlər mövcud vəziyyətdə Amerika nümayəndə heyətinin Tiflisə səfərinin məqsədlərindən birinin Gürcüstanı Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğanın strateji təşəbbüsünə (Altılıq formatı) cəlb etmək cəhdi ola biləcəyi mümkünlüyünü düşünürlər. Keçən ilin dekabrında Bakıya səfəri zamanı Rəcəb Teyyub Ərdoğan, Cənubi Qafqazda Rusiya, Türkiyə, İran, Gürcüstan, Azərbaycan və razılıq verərsə Ermənistan da dövlətlərarası əməkdaşlığın inkişafı üçün altı tərəfli bir platformun yaradılmasını təklif etmişdi

Gürcüstandan sonra Filipp Rikerin Azərbaycan və Ermənistana səfər etdi. Əvvəlcə Bakıya uçdu, burada prezident İlham Əliyevlə danışıqlar apardı. Enerji, insan hüquqları, eləcə də regional təhlükəsizlik və iqtisadi əlaqələr məsələlərini müzakirə etdilər. Amerika rəsmi heyətinin nümayəndəsinin sözlərinə görə, ABŞ Azərbaycanı strateji tərəfdaş hesab edir. Vaşinqtondan olan diplomatlar Ermənistan və Azərbaycan arasındakı münaqişəyə xüsusi diqqət yetirdilər və hər iki tərəfi “münaqişənin uzunmüddətli həlli üçün ATƏT-in Minsk Qrupunun himayəsi altında ən qısa müddətdə əsaslı danışıqlara başlamağa” çağırdılar.

Amerikalı diplomat eyni məsələləri Ermənistan Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyanla da müzakirə etdi. Riker Vaşinqtonun İrəvanla tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyə hazır olduğunu, Amerika hakimiyyət orqanlarının respublikaya islahatlar aparmaqda kömək etməyə hazır olduğunu bildirdi və eyni zamanda ölkədə “demokratiyanın inkişafına yönəlmiş prosesləri” yüksək qiymətləndirdi.

Bölgədə erməni tərəfinin kifayət qədər düşmən bir atmosfer yaratmasına və Ərdoğanın “Altılıq əməkdaşlığı” formatına maneçilik törətməsinə baxmayaraq bir çox ABŞ, Avropa, Türkiyə və Azərbaycan siyasi analitikləri belə bir ssenarinin mümkün olduğunu düşünürlər. Gürcü analitik Archil Sixarulidze isə: “Altılıq formatına gəlincə, Gürcüstanın Baş naziri və Xarici İşlər Naziri Gürcüstanın Rusiyanın iştirak etdiyi heç bir formata qoşulmayacaq” kimi düşünür.

Gürcüstan siyasi elitasının Qərb və Avropa kursu götürdüklərindən  Cənubi Qafqazdan güclü şəkildə ayrıldıqları, bölgədə baş verənləri ümumiyyətlə başa düşmədikləri hiss olunur. Gürcüstanın Cənubi Qafqaz ölkəsi olmamaq istəyi və regional proseslərə qarışmaması NATO-ya üzv olaraq, Rusiyadan gələn təhlükədən sığortalanmaq istəyindən qaynaqlanır. Bəzən ABŞ onlara Tbilisinin NATO-ya qoşulma perspektivinin yaxın gələcəkdə ola biləcəyini və reqional proseslərə qoşulmağı izah etməyə çalışır.

Gürcüstanı düzgün strateji addımlar atmağa sövq edən ABŞ, Tbilisini əməkdaşlığa qoşulmağı və orada baş verənləri izləməyini tövsiyə etməsi son günlər öz nəticəsini vermişdir. Belə ki, Azərbaycan tərəfə minalanmış sahələrin xəritələrin erməni hərbi əsirlərin (15 nəfər) qaytarılması hesabına verilməsi və bu prosesdə ABŞ, Gürcüstan nümayəndələrinin aktivliyi, əsirlərin Gürcüstan ərazisi tərəfindən Ermənistan tərəfə verilməsi söylədiklərimizi təsdiq edir. Onu da qeyd edək ki, Rusiya tərəfinin “əsirlərin” qaytarılması xahişinə Azərbaycan tərəfi müsbət cavab verməmişdir. Rusiya Sülh (Pis) Məramlılarının komandanı Rüstəm Muradovun son anda özünü Azərbaycan-Gürcüstan sərhədinə əsirlərin qaytarılması prosesinə çatdırması “Şimal ayısına” artıq etimadın tükəndiyinin göstəricisidir. Ermənistan rəhbərliyi əsirlərin qaytarılmasında vasitəçiliyə görə ABŞ və Gürcüstan hökümətlərinə təşəkkürünü bildirmişdir. Üfüqdə Rusiyanın Cənubi Qafqazda mövqelərinin zəiflədilməsi prosesi görünməkdədir.

NATO-nun şərqə doğru aktiv genişlənmə istəyi və bu zaman Rusiyadan düşmən obrazı formalaşdıraraq ABŞ Ukrayna və Cənubi Qafqazda fəal siyasət apamağa girişmişdir. Gürcüstanla əlaqədar olaraq NATO  birbaşa olaraq Tbilisini, Fransa, Böyük Britaniya Ermənistanla əlaqəli davranaraq  inteqrasiyaya doğru təşviq edirlər. Onu da qeyd edək ki, Yerevanda Bağdaddan sonra ABŞ-ın ikinci ən böyük səfirliyi çalışır. ABŞ Zaqafqaziyanı Rusiyadan qoparmağı Ankaranın vasitəsi ilə etməyə çalışır. İlk növbədə söhbət Azərbaycan və Gürcüstanın Rusiyanın pəncəsindən qurtarmaqdan gedir. Ermənistana gəldikdə isə 20 iyun seçkisindən sonra bəlli olacaqdır.

Beləliklə, Cənubi Qafqaz ABŞ-ın xarici siyasətində ciddi bir yer tutur, baxmayaraq ki, bu ölkənin həyati maraqları zonası deyil. Vaşinqton bu bölgəyə Rusiyanı Qafqaz-Xəzər bölgəsindən sıxışdırmaq və İranın mövqelərini möhkəmləndirməsinin qarşısını almaq üçün bir tramplin kimi baxır. Cənubi Qafqazın Amerika xarici siyasətindəki əhəmiyyətli olmasndan biri də, bu bölgənin karbohidrogen ehtiyatları və Avropaya nəql edilməsi ilə əlaqədardır. ABŞ bölgədə baş verənləri sırf müşahidəçi kimi qəbul etməyəcək. Rusiyanın rolunun güclənməsini, xüsusən də Rusiya sülhməramlılarının çoxsaylı, güclü kontingentinin Qarabağa soxulması (işğal etməsi), Türkiyənin Cənubi Qafqazda, xüsusən də Azərbaycandakı nüfuzunun güclənməsini şərtləndirən yeni status-kvo Bayden rəhbərliyinin bölgəyə marağını artırmışdır.

 

Vahidov Qurban  tədqiqatçı-analitik.