Çavuşoğlu “Krım Platforması” zirvəsində iştirak edəcək

22/08/21 5:19

Ukrayna prezidentinin “Krım Platforması” təşəbbüsünün təsis zirvəsi avqustun 23 -də Kiyevdə keçiriləcək. Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu “Krım Platforması” zirvəsində iştirak edəcək. Bu barədə bazar günü ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Xarici İşlər Naziri Mövlud Çavuşoğlu 23 avqust 2021-ci ildə Kiyevdə keçiriləcək “Krım Platforması” zirvəsində iştirak etmək üçün Ukraynaya səfər edəcək”, – nazirliyin açıqlamasında deyilir.

Avqustun 23-də Kiyevdə Ukrayna Prezidentinin Ukrayna yarımadasının işğaldan azad edilməsi üçün bütün mövcud milli və beynəlxalq səyləri birləşdirəcək təşəbbüsü “Krım Platforması”nın təsis zirvəsi keçiriləcək. Təsis zirvəsi platformanın ən yüksək siyasi səviyyədə ilk tədbiri olacaq.

Platforma çərçivəsində “Krımın ilhaqının tanınmaması”, “Azov və Qara dəniz bölgələrinin silahlanması”, “Krımın yenidən inteqrasiyası” və “Krım Tatar Türklərinin hüquqları və kompensasiya”.

Vahidov Qurban. Araşdırmaçı – analitik