Çavuşoğlu: Krım Ukraynadır!

24/08/21 11:21

Türkiyənin xarici işlər naziri Krımın ilhaqına qarşı vahid cəbhə çağırır

Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Beynəlxalq içtimaiyyət beynəlxalq hüququn pozulmasına (Krımın qanunsuz ilhaqı – red.) qarşı mübarizədə vahid cəbhə kimi çıxış etməlidir.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bazar ertəsi Kiyevdə “Krım Platforması”- nın təsis zirvəsində bildirib. Türk diplomatiyasının rəhbəri xatırladıb ki, Krımın Rusiya tərəfindən ilhaqından 7 ildən çox vaxt keçib. Çavuşoğlu, “Krım Platformasının həmrəyliyimizi nümayiş etdirmək üçün təsirli bir platforma olacağına inanırıq” dedi.

Türkiyəli nazir, yeni beynəlxalq quruluşun Krım tatarları da daxil olmaqla bölgədə yaşayan bütün xalqların mənafelərinin qorunması baxımından da əhəmiyyətli olduğunu qeyd etdi.

“Ukraynada böyük bir tatar cəmiyyəti, Türkiyədə isə milyonlarla tatar diasporu nümayəndəsi yaşayır. Türk dünyasının böyük maarifçisi İsmayıl Qasprinski bir dəfə demişdi ki, “düşmək asandır, amma yenidən qalxmaq çətindir”. Tarix boyu tatarlar çətinliklərin öhdəsindən gələ bilmişlər. Ukrayna Prezidenti (Vladimir) Zelenskiyə Krım Tatarlarının Ukraynanın yerli xalqı kimi tanınması təşəbbüsünə görə təşəkkür edirik ”, – deyə Çavuşoğlu bildirib.

Türk diplomatiyasının rəhbəri, Krım platformasının Krım Tatar xalqının Məclisi ilə sıx əməkdaşlıq edəcəyinə ümid etdiyini də dilə gətirdi. “Bu platforma bütün dünyada Krım haqqında məlumatlılığın təbliğinə kömək etməlidir. Parlamentlərarası əlaqələrin qurulması, ictimaiyyətin təsirli şəkildə məlumatlandırılması və beynəlxalq hüquq üzrə mütəxəssislər səviyyəsində görüşlərin keçirilməsi bu platformanın işinə dəyər qatacaq “,-deyə Çavuşoğlu əlavə edib.

Türk diplomatiyasının rəhbərinin sözlərinə görə, mövcud şəraitdə bu problemin (Krımın qanunsuz ilhaqı) sadə bir həlli yoxdur. “Təəssüf ki, BMT mexanizmləri də daxil olmaqla beynəlxalq sistem (Krım məsələsi) həll etmək üçün nəzərdə tutulmamışdır. Yeganə çıxış yolu hələ də diplomatik razılaşmadır. Bu addımlar effektiv koordinasiya tələb edir. Bu platforma sülh və davamlı həll yolunda səylərin əlaqələndirilməsində əhəmiyyətli bir başlanğıcdır. Krım Ukraynadır! ” – deyə Çavuşoğlu vurğulayıb.

Vahidov Qurban. Araşdırmaçı – analitik