Çavuşoğlu: “Türkiyə hər iki tərəfi danışıqları davam etdirməyi və gərginliyin azaldılmasını tövsiyə edir…”

01/12/21 3:35

Türkiyə diplomatiyasının rəhbəri Riqada jurnalistlərin suallarını cavablandırıb

RIQA. 01/12/2021

Türkiyə həm Rusiya, həm də Ukrayna ilə sıx təmasdadır, tərəfləri sakitləşməyə və gərginlikdən çəkinməyə çağırır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-ya üzv ölkələrin Xarici İşlər Nazirlərinin Riqada keçirilən toplantısı çərçivəsində keçirilən sessiyaların ikinci günündə jurnalistlərə deyib.

Türkiyə diplomatiyasının rəhbəri Ukraynalı həmkarı Dmitri Kuleba ilə Riqa və Stokholmda danışıqlar aparacağını bildirib.

“Stokholmda Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla da görüş keçirəcəyəm. Yəni, biz hər iki tərəflə təmasları davam etdiririk və sakitlik və gərginliyin azaldılmasını tövsiyə edirik”, – Türkiyənin Xarici İşlər Naziri bildirib.

Çavuşoğlu bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında cümə günü danışığı planlaşdırılıb.

Ukraynanın NATO-ya inteqrasiyası ilə bağlı sualı cavablandıran türk diplomatiyasının rəhbəri bildirib ki, Ankara ümumilikdə Alyansın genişləndirilməsi ideyasını dəstəkləyir.

Çavuşoğlu qeyd edib ki, o, Alyansa üzv ölkələrin XİN rəhbərlərinin toplantılarında bu məsələ ilə bağlı Türkiyənin mövqeyini şəxsən dəfələrlə səsləndirib. Prezident Ərdoğan da bu mövzunu dəstəkləyib.

Rusiyaya qarşı sanksiyalarla bağlı sualı cavablandıran Çavuşoğlu Ankaranın istənilən formada sanksiyalara və məhdudiyyətlərə qarşı olduğunu vurğulayıb.

“Türkiyə sanksiyaların problemi həll edəcəyinə inanmır. Əvvəllər konkret dövlətə qarşı sanksiyalar tətbiq edilirdi, lakin nəticəyə gətirib çıxarmırdı. Bundan əvvəl də Türkiyənin özünə qarşı sanksiyalarla bağlı məsələlər qaldırılmışdı. Lakin fakt odur ki, sanksiyalar problemləri həll etmir”, – deyə nazir bildirib.

Çavuşoğlu hesab edir ki, sanksiyalar əvəzinə, məhdudlaşdırma siyasətinə əl atılmalıdır. “Türkiyə çəkindirmə və dialoqun balanslaşdırılması siyasətinin effektivliyinə inanır. Heç kim Ukraynaya və ya hər hansı dövlətə yalnız sanksiyalarla kömək edə bilməz”, – Türkiyə diplomatiyasının rəhbəri vurğulayıb.

Riqada NATO-ya üzv ölkələrin Xarici İşlər Nazirlərinin toplantısının ikinci və sonuncu günü keçirilir.

Nazirlər səhər iclasında Ukrayna ilə sərhəddə hərbi fəallığı artırdığı iddia edilən Rusiya mövzusunu müzakirə edirlər.

Sessiyada Kuleba və Gürcüstanın xarici işlər naziri David Zalkaliani iştirak edirlər.

Gün ərzində Əfqanıstanla bağlı sessiya keçiriləcək.

Daha sonra Finlandiya və İsveçin Xarici İşlər Nazirləri, eləcə də İttifaqın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelin iştirakı ilə “Qərbi Balkanlar” sessiyası keçiriləcək.

Vahidov Qurban. Araşdırmaçı – analitik