Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu erməni diplomatiyasının rəhbəri Ararat Mirzoyanla görüşmək fikrində olmadığını söylədi.
Çavuşoğlu İstanbulda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında danışarkən Türkiyə-Ermənistan münasibətləri mövzusuna toxundu.
Çavuşoğlu xatırladıb ki, Ermənistandakı seçkilərdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan Ankaraya bəzi müsbət mesajlar verib.
“44 günlük Vətən Müharibəsinin bitməsi fonunda ümid edirik ki, nəhayət bölgədə sülh və sabitlik hökm sürəcək. Azərbaycan Ermənistanla genişmiqyaslı sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış etdi. İrəvan hələ də müsbət cavab verməyib. Türkiyə addımlarını Azərbaycanla əlaqələndirməyə, birgə qərarlar verməyə davam edəcək”, – deyə Çavuşoğlu bildirib.
Transqafqaz.com