Çavuşoğlu: Türkiyə terrorla mübarizədə ikili standartlara qarşıdır

01/02/22 11:25

MANAMA. 01.02.2022

Türkiyə və Bəhreyn diplomatları Manamada danışıqlar aparıblar

Türkiyə terrorizmin təzahürlərinə qarşı mübarizədə ikili standartlara qarşıdır. Cinayət təşkilatları arasında fərq qoyulması yolverilməzdir.

Bu barədə bazar ertəsi Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Manamada Bəhreynli həmkarı Əbdüllətif bin Rəşid Əl Zayani ilə danışıqların yekununda bildirib.

Türkiyə diplomatiyasının rəhbəri Yəmən ərazisindən BƏƏ və Səudiyyə Ərəbistanı ərazilərinə raket hücumlarını pisləyib.

“Təəssüf ki, 31 yanvarda Əbu-Dabiyə raket hücumu sonuncu deyildi. Mülki əhaliyə qarşı terror aktı var”, – Çavuşoğlu bildirib.

Türkiyəli nazir Yəmən də daxil olmaqla münaqişənin həlli üçün dialoqun və siyasi təsir imkanlarının vacibliyini vurğulayıb. “Bu cür terror aktları problemlərin həllinə kömək etmir”, – Çavuşoğlu vurğulayıb.

Türkiyə diplomatiyasının rəhbəri daha sonra Bəhreyn ilə əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bildirib.

“Biz Bəhreynlə ticarətin miqyasının artırılmasının, iki ölkənin sənaye zonaları arasında əlaqələrin qurulmasının tərəfdarıyıq. Ankara səhiyyə, bərpa olunan enerji, turizm və texnologiya sahəsində Manama ilə əməkdaşlığa hazırdır. Bu istiqamətdə lazımi siyasi iradə hər iki tərəfdə mövcuddur”.

Çavuşoğlu Ankaranın region ölkələri ilə münasibətləri normallaşdırmaq səylərinə də diqqət çəkib.

“Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə danışıqlar aparılıb. Hazırda Abu Dabi ilə dialoqda ən böyük irəliləyişin əldə edildiyini qeyd etmək yerinə düşər. Fevralın 14-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dubaya səfər edəcək, orada fevralın 15-də beynəlxalq sərgidə Türkiyə Gününün keçirilməsi planlaşdırılır”, – türkiyəli nazir bildirib.

Transqafqaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir