ANKARA. 09.02.2022
Diplomatiya rəhbərləri gərginliyin diplomatik yolla nizamlanmasının vacibliyini vurğulayıblar
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Çavuşoğlu və Blinken Ukrayna ilə Rusiya Federasiyası arasında münasibətlərdəki böhranı müzakirə ediblər, gərginliyin diplomatik yolla tənzimlənməsinin vacibliyini vurğulayıblar.
Türkiyə diplomatiyasının rəhbəri amerikalı həmkarına Ankaranın Kiyev və Moskva arasında gərginliyi azaltmaq səyləri barədə məlumat verib.
Bundan əlavə, Suriyanın şimalındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Çavuşoğlu Amerika diplomatiyasının rəhbərinin diqqətini YPG yaraqlılarının (PKK terrorçularının Suriya qanadı) bölgədə törətdiyi təzyiq və qanunsuzluqlara yönəldib və Ankaranın bu cinayət təşkilatına qarşı mübarizə əzmində olduğunu vurğulayıb.
Diplomatiya rəhbərləri Cənubi Qafqazdakı proseslər, o cümlədən Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması kontekstində gedən proseslərə toxunublar.
Türkiyə diplomatiyasının rəhbəri amerikalı həmkarını Antalyaya (11-13 mart 2022-ci il) diplomatik foruma dəvət edib.
Blinken, öz növbəsində, yeni növ koronavirus infeksiyasına yoluxmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun həyat yoldaşının tezliklə sağalacağına ümid etdiyini bildirib.
Transqafqaz.com