CHP-nin sədri Özəl, Qılıçdaroğlunun əvəzinə Azərbaycandan üzr istədi

14/11/23 12:11

 Türkiyənin müxalifət partiyası CHP-nin yeni lideri Özgür Özəl, sabiq sədr Qılıçdaroğlunun əvəzindən Azərbaycandan üzr istəyib.

Mayın 7-də CHP-nin o zamankı lideri Qılıçdaroğlu “tarixi İpək Yolunun dirçəldilməsi” məqsədi ilə, “Türk Yolu Layihəsi”ni təqdim etdi. Partiyanın yeni lideri Özəl Azərbaycanın sözügedən layihənin iştirakçıları sırasına daxil edilməməsinə görə üzr istəyib. O qeyd edib ki, “CHP-nin Azərbaycan qarşısında günahını yumaq üçün əlindən gələni edəcək”. Siyasətçi əlavə edib ki, onun rəsmi xarici səfərlərindən biri də Azərbaycana olacaq.

Bu proje-lahiyədən əvvəl, müharibə zamanı isə, CHP sözçüsü Ünal Çeviköz, “Təəssüf ki, Türkiyə Azərbaycana silah göndərir” söyləmişdi. Bir eranın da sonu ərdi, biz isə səbr etdik.

Ömər Məmmədli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir