Ciddədə UKRAYNA GÖRÜŞÜ BAŞ TUTUB

06/08/23 11:33

💬🇸🇦 Səudiyyə Ərəbistanında Ukrayna üzrə sülh sammiti başlayıb

İki günlük görüş Ukraynanın təkcə əsas Qərb tərəfdarlarından deyil, həm də münaqişədə tərəf tutmaq istəməyən cənub ölkələrindən dəstək toplamaq üçün Ukraynanın diplomatik təşəbbüsünün bir hissəsidir.

✅ Ukrayna və onun müttəfiqləri ümid edir ki, Ciddə görüşündə Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün əsas prinsiplər razılaşdırılacaq.

Sammitdə 40-a yaxın ölkədən milli təhlükəsizlik müşavirləri və digər yüksək rütbəli rəsmilər iştirak edir.

🚫 Rusiya forumda iştirak etmir, lakin Kreml görüşü “izləyəcəyini” bildirib.

Ömər Məmmədli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir