Çikaqoda ağır balans: 762 ölü, 4 min 331yaralı…

02/01/17 10:37

ABŞ-ın “cinayətlər paytaxtı” adlandırılan Çikaqoda 2016-cı ildə meydana gələn 3 min 550 silahlı hücumda ümumilikdə 762 nəfər ölüb, 4 min 331 nəfər yaralanıb.

Çikaqo polisi, 2016-ci ilə dair açıqladığı cinayət statistikalarında bu faktlar qeyd olunub.

Polis sözçüsü şiddət hadisələrini son 20 ildə ən yüksək göstərici olduğunu bildirilib.

8 min 300 qeydiyyatsız silah ələ keçirilib.

Transqafqaz.com

Mirvari Rza