Bakı Çini Avropa üçün məhsullar Azərbaycanda istehsal etməyə çağırıb
Çinin Avropa üçün məhsulları Azərbaycanda istehsal etməsi daha sərfəlidir, bunu Ələt Azad İqtisadi Zonasının (AİZ) İdarə Heyətinin sədri Valeh Ələsgərov Şanxay Əməkdaşlıq Təşkilatının konfransında deyib.
“Azərbaycanda istehsal və Avropaya ixrac Çin üçün daha sərfəlidir”, – deyən Ələsgərov bunun əlavə nəqliyyat xərclərinin qarşısını alacağını və AİZ-in üstünlüklərindən yararlanacağını vurğulayıb.
O, həmçinin əlavə edib ki, Orta Dəhlizin investisiyalar hesabına inkişafı vacibdir və Çin şirkətləri Azərbaycanda müsbət qarşılanacaq. Artıq Çindən gələn nümayəndə heyəti AİZ-də olub və onun üstünlükləri ilə tanış olub.