Çin, Rusiya sərhədlərinə raketlərini yerləşdirir..

25/01/17 8:33

Çinin hazırladığı Dongfeng-41 (DF-41) tipi qitələrarası balistik raketinin Rusiya sərhədinə yerləşdirildiyi bildirilib.

Çin qəzeti Qlobal Timesin xəbərinə görə, DF-41 raket sisteminin Rusiyanın sərhədində yerləşən Heilongjiang zonasında yerləşdirildiyi bildirilib.

DF-41, qatı yanacaqla çalışan və mənzili 10 min kilometrdən artıq olan qitələrarası balistik raket kimi tanınır.

RUSİYA TƏHDİD KİMİ GÖRMÜR

Bu arada Kreml, Çinin Rusiya sərhədində raketləri məskunlaşmasını təhlükə kimi görmür.

Mətbuata sızan Çinin Rusiya ilə sərhədində raketləri yerləşdirdiyi xəbərinə cavab verən Rusiya Prezidenti Sözçüsü Dmitri Peskov Rusiyanın Çin Silahlı Qüvvələrinin inkişafı təhdid kimi qəbul etmədiyi açıqlayıb.

Transqafqaz.com

Mirvari Rza