Çində Uyğur Türkləri kölə kimi satışa çıxarılır…

15/08/20 9:51
Çindən başqa bir qalmaqal!
Uyğur Türklərini satışa çıxardılar.
Şərqi Türkistanda təqib olunan Müsəlman Uyğur Türkləri "qul" olaraq satışa
çıxarıldı. Reklamda istifadə olunan ifadələr qanı dondurur.
Çin kommunist rejiminin qətl əməlləri dayandırılmır. İllərdir Şərqi Türkistanda 
müsəlman türklərini təqib edən Çin rejimi assimilyasiya səylərini davam etdirir.
"Terrorizmlə mübarizə" yalanı ilə Uyğur Türklərinin həm dini, həm də milli
kimliyini məhv etməyə çalışan kommunist Çin rejimi günahsız insanlara işgəncə 
verir.
Qul reklamları qanı dondurur
Çində həyata keçirilən assimilyasiya siyasəti nəticəsində yeni əldə edilən 
gənclərin internetdə kölə kimi satıldığı məlum oldu. Çinlilərin verdiyi reklamları
paylaşan jurnalist Mehmet Ali Önel, “Qışqırırıq! "Şərqi Türkistanda bir soyqırım 
var" deyə bildirir.
Önelin paylaşdığı reklamlarda "əlverişli" qulların çox olduğu, ən kiçikinin 16 
yaşı olduğu bildirilir. Göndərilən yazılarda söz mövzusu işçilərin "antiterror 
təcrübəsindən keçdikləri" bildirilir. Çinlilərin terrorla mübarizənin pərdəsi 
altında Uyğur türklərinə qarşı assimilyasiya səyləri həyata keçirdiyi məlumdur.
Transqafqaz.com
Toğrul Lətifoğlu