Azərbaycan və Çin logistika və turizm sahəsində sənədlər imzalayıblar
Bakıda “ŞƏT-in nümayiş zonası – Azərbaycanda logistika və ticarətin təşviqi” mövzusunda keçirilən konfrans çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında iki sənəd imzalanıb.
Abşeron Logistika Mərkəzi ilə Çinin “Shandong Chilu Express Eurasia Class Train Operation” şirkəti arasında ilk sənəd imzalanıb.
İkinci sənədin imzalanması Azərbaycanın “Eco Voyage” turizm şirkəti ilə Çinin “Qingdao Qingsong Global Cooperation International Trade Co” şirkəti arasında baş tutub.