Con Makkeyn, “ABŞ, terror təşkilatı DEAŞI tam şəkildə məğlub etmək üçün Türkiyə ilə çalışmalıdır” – dedi

22/02/17 8:42

Prezident Ərdoğan ilə görüşən Con Makkeyn, “ABŞ, terror təşkilatı DEAŞI tam şəkildə məğlub etmək üçün Türkiyə ilə çalışmalıdır” – dedi

Respublikaçı Partiyanın Nüfuzlu liderlərindən olan Arizona Senatoru Con Makkeyn, ABŞ-ın terror təşkilatı DEAŞI yox etmək üçün Türkiyə ilə əlaqəli şəkildə çalışmasının lazım olduğunu açıqlayıb. Senatın Silahlı Xidmətlər Komitəsinin Sədri də olan Makkeyn, Ankarada Prezident Tayyib Ərdoğan tərəfindən qəbul edilməsinə dair yazılı bəyanat verib. Prezident Ərdoğan ilə səmimi və səmərəli bir görüş keçirdiyini bildirən Makkeyn, ortaq demokratik dəyərlər əsasında Türk-Amerika ittifaqını hər zaman müdafiə etdiyinə diqqəti çəkərək “Avropa və Orta Şərqdəki qarışıqlıqların artdığı bir dövrdə bu ittifaq (Türk-Amerika alyansı) hər zamankından daha vacibdir” ifadəsini istifadə etdi. Ərdoğan ilə xüsusilə Suriyadakı son vəziyyət haqqında fikir mübadiləsi apardığını söyləyən Makkeyn, Trump rəhbərliyinə işarə edərək “ABŞ-da hakimiyyət dəyişikliyi Suriyadakı mövcud siyasətin yenidən qiymətləndirilməsi üçün mühüm bir fürsət yaradır” – dedi.
“TƏKLİFİ NƏZƏRƏ ALMALIYIQ”
Makkeyn, bunları qeyd etdib: ABŞ, DEAŞI sürətli və davamlı bir şəkildə məğlub etmək, düşmənlərimizin pis təsirinə qarşı qoymaq və regionda qəbul edilə bilən bir güc tarazlığı yaratmaq üçün Türkiyə ilə çalışılmalıdır. Bu məqsədlə Prezident Ərdoğan, Suriyada təhlükəsiz bölgələr yaradılması və Rakkanın geri alınması üçün bir təklif ortaya qoydu. Bu ABŞ tərəfindən ciddi müzakirə olunmalıdır.

Transqafqaz.com

Mirvari Rza