“Çox Çarxlı” Yeni Avropa Modeli təklif edilir…

24/03/17 12:49

Avropa Birliyinin aparıcı üzvüləri 25 Martda təşkilatın yaranış müqaviləsinin 60-cı ildönümünü ilə əlaqədar hadisəni qeyd etməyə hazırlanarkən, Aİ-nin təsisçiləri Almaniya, Fransa və İtaliya öz aralarında yaxınlaşmanı artıracaq “çox çarxlı” Avropa modelinə yönəlməyə səy göstərirlər.

AVROPA Komissiyasının Prezidenti Yan Klod Junckerin birliyin gələcəyini ələ aldığı “Ağ Kitab” adlı sənəd Aİ ədəbiyyatında illərdir adı keçən “çox çarxlı” modeli təkrar gündəmə gəlmişdi.

Romada 1957-ci ildə imzalanan Roma Müqaviləsinin 60-ci ildönümünü təbrik etmək üçün sabah bir araya gəlməsi gözlənilən Aİ liderləri, qitənin gələcəyinə dair Junckerin aktında yer alan 5 ssenarini araşdıracaqlar.

Parisdə martın əvvəlində Almaniya, İspaniya, Fransa və İtaliya liderlərini bir araya gətirən Versal Görüşündə “çox çarxlı” modeli dəstəkləyən açıqlamalara da yer verilmişdir.

Avropa İttifaqının qurucu ölkələri arasında olan “böyüklər”, digər üzvülərin daha çox əməkdaşlığa getməsinə, digər üzvlərin də istədikləri zaman birgə layihələrə qoşulmasına imkan verən “çox çarxlı” model üzərində dayanır.

Çox “çarxlı” Aİ modeli
Çox “çarxlı” model, üzv ölkələrdən bəzilərinin bütün üzvlərin iştirakını gözləmədən istədikləri sahələrdə əməkdaşlığını dərinləşdirilməsini nəzərdə tutur.

Bu model, birliyin ortaq siyasətlərini milli siyasətlərə üstünlük verən ölkələrə, başqalarının iştirakını gözləmədən hədəflərinə çatmaq imkanı verir.

Birliyin kiçik və zəif ölkələri isə milli maraqlarını qorumaq qayğısı Aİ birgə siyasətlərinin daha da dərinləşdirilməsi isti baxmır.

Əslində AB-nin mövcud işlərində “çox çarxlı” modelin nümunələrini görmək mümkündür. Məsələn, sərbəst hərəkəti nəzərdə tutan Şengen vizasını tətbiq etməsi və ortaq valyutannın tətbiqi bu baxımdan “çox çarxlı” quruluşu xatırladır. 28 üzvlü birliyin 19 üzvü avro milli pul vahidi olaraq qəbul edərkən digərləri öz milli valyutalarını istifadə etməyə davam edir.

Digər tərəfdən, Şengen sərbəst hərəkət zonasında 28 üzvünün 25 -i var.

Üzvlər arasında qruplaşma artacaq
Çox “çarxlı” modelə dair tərəddüd, bəzi ölkələrin müəyyən sahələrdə irəliləyiş qeyd edərkən xüsusilə Şərqi Avropa ölkələrinin geridə qalacağı ideyası ətrafında toplaşır.

Bu tikilinin Aİ daxilində qruplar təşkil edəcəyinə və onsuz da mürəkkəb olan qərar alma mexanizmini daha da mürəkkəb vəziyyətə gətirəcəyinə işarə edilir.

Aİ-nin şərqi və qərbi arasında ayrı-seçkiliyin dərinləşəcəyini düşünənlər, bu vəziyyətin iki ayrı tip üzvlüyə yol açacağını, zəngin qərb ölkələrinin bir qrupu, kasıb şərq ölkələrinin digər qrupu yaradacağını önə sürür.

Modelə qarşı çıxanlar
Almaniya, İspaniya, Fransa və İtaliya modelə dəstək verərkən Polşa, Rumıniya və Macarıstan kimi ölkələr qarşı çıxır.

Transqafqaz.com

Pərvanə Turançı