Turan: Bir qrup vətəndaş cəmiyyəti fəalı və ekspert Demokratik Dəyişim Platformasının (DDP)
yaradıldığını elan edib. Məqsəd Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) dəyərlərinin bərpasıdır. Platforma aşağıdakıları qarşıya məqsəd qoyur:
– hakimiyyətin azad və ədalətli seçkilər əsasında xalqın iradəsinə uyğun formalaşdırılması;
– ölkənin ərazi bütövlüyünün bərpası və ərazi itkiləri ilə barışmamaq üçün cəmiyyətin səfərbərlyi:
– daxili və xarici siyasətdə beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşılmas;
– insan hüquqlarının, əhalinin rifahının və təhlükəsizliyinin təminatı;
– idarəetmənin əks-mərkəzləşdirilməsi və onun qanunçuluq, hesabatlılıq və şəffaflıq əsasında həyata keçirilməsi;
– hüququn aliliyinin, hamının qanun qarşısında bərabərliyinin, məhkəmələrin müstəqilliyinin təminatı;
– ölkənin sərvətlərinin ədalətli bölgüsü, xalqın maraqlarının təminatı;
– əsl bazar münasibətlərinin, azad sahibkarlığın və rəqabətin təminatı;
Müəlliflər ölkənin bütün siyasi qüvvələrini milli maraqlar naminə əməkdaşlığa çağırırlar.
Bundan əlavə, dünya birliyinə və qüvvələr mərkəzinə ölkənin demokratikləşməsi üzrə səylərin dəstəklənməsinə çağırış edilir, çünki investisiyalara zəmanət, ölkənin beynəlxalq təşkilatlar qarşısında öz öhdəliklərini yerinə yetirməsi bundan keçir.
Təşəbbüs qrupu həmçinin parlament seçkiləri yolu ilə demokratiyaya keçidə dair sənəd yayıb. Sənəddə deyilir ki, əsl xalq hakimiyyətinin formalaşması üçün azad və ədalətli seçkilər keçirilməlidir. Müəlliflər hesab edirlər ki, ilk növbədə kardinal siyasi islahatlar üçün hüquqi zəmin hazırlamağa qadir olan demokratik seçilmiş parlamenti formalaşdırmaq lazımdır.
Sənəddə seçki praktikasının təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təşkilatların tövsiyələrinə əməl edilməsinin vacibliyi qeyd olunur və konkret təkliflər irəli sürülür.
Qeyd olunur ki, seçki komissiyalarının tərkibi heç bir siyasi qüvvənin nəzarətinə imkan verməyən, bərabər təmsilçilik əsasında, balanslaşdırılmış qaydada təşkil edilməlidir. Bunun üçün seçki komissiyalarının tərkibinin 1/3 hissəsi parlamentdə təmsil olunan siyasi partiyaların, 1/3 hissəsi sonuncu parlament seçkilərində namizədləri seçki dairələrinin azı 1/3-də qeydə alınan parlamentdə təmsil olunmayan siyasi partiyaların və 1/3 hissəsi isə seçki maarifçiliyi və seçki monitorinqi sahəsində azı 3 il təcrübəsi olan qeyri-hökumət təşkilatlarının təmsilçilərindən ibarət tərkibdə təşkil edilməlidir. Seçkilərin müddəti 90 günədək artırılmalı, buna müvafiq olaraq bütün seçki hərəkətlərinin müddətləri artırılmalı, o cümlədən seçkiqabağı təşviqat kampaniyasının müddəti 45 gün müəyyən edilməlidir. Dövlət büdcəsindən maliyyələşən televiziya və radioda seçkiqabağı təşviqat dövründə həftədə azı 10 saat ödənişsiz efir vaxtı, çap mediasının, hər saymda 1 səhifəlik ödənişsiz yer ayrılmalıdır. Səsvermə və seçkilərin nəticələri şəffaf olmalı və bu proseslər hər bir seçicinin, o cümlədən müşahidəçilərin əvvəlcədən qeydiyyatadan keçmədən müşahidə aparmasına imkan verməlidir. Seçkilərin nəticələrinin etibarsız hesab edilməsi üçün əsaslar konkret və aydın müəyən edilməli, hüquqi mexanizmlər sadə və hamı üçün əlçatan olmalıdır.
Platformanın yaradılmasının təşəbbüsçüsü- Xarici Dillər İnstitutunun əməkdaşı, prezident Elçibəy administrasiyasında ərazi orqanları ilə iş şöbəsinin müdiri Əli Mustafayev bildirib ki, demokratik parlament seçkiləri demokratiyaya keçidin və böhrandan çıxışın ən uğurlu yoludur.
“Biz hakimiyyət və cəmiyyət arasında qarşıdurmaya meyllənməyə yol verə bilmərik, bu, inqilabi nəticələrə səbəb ola bilər ki, bundan da hamı uduzar”, – o qeyd edib.
Müzakirələr zamanı Milli Demokrat Partiyasının rəhbəri Qələndər Muxtarlı bildirib ki, payızda hakimiyyət növbədənkənar parlament seçkiləri planlaşdırır və 2020-ci ilə yox, builki payıza hazırlaşmaq lazımdır. -0-
Transqafqaz.com