Daha 323 nəfərdə koronavirus aşkarlanıb…Bakı/08.06.20/

09/06/20 12:35

Bakı/08.06.20/Turan: Azərbaycanda koronavirus infeksiyasına 323 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış beş nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4377 nəfər müalicə olunaraq sağalıb, 93 nəfər vəfat edib.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343391 test aparılıb.

Transqafqaz.com

Toğrul Lətifoğlu