Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” kitabı Türkiyə türkcəsində oxuculara təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən etibarən nazirliyin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” (AKDT) layihəsinə başlanılıb.
Layihə çərçivəsində Türkiyədə fəaliyyət göstərən “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatı ilə əldə olunmuş razılığa əsasən, ilkin mərhələdə seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi həyata keçirilməkdədir.
Layihə üzrə “Yusuf Vezir Çemenzeminli – “Kan içinde. İki ateş arasında” romanının ardınca “Celil Memmedguluzade – “Danabaş köyünün hikayeleri” kitabı Türkiyəli kitabsevərlərin ixtiyarına verilib.
Qeyd edək ki, kitabları Türkiyə türkcəsinə Azərbaycan əsilli şair-yazıçı Yurtseven Şen çevirib.