“DEMOKRATİK DƏYİŞİM PARTİYASI”NIN TƏŞKİLAT KOMİTƏSİNİN YARADILMASI HAQQINDA AÇIQLAMA

19/10/21 2:53

“DEMOKRATİK DƏYİŞİM PARTİYASI”NIN

TƏŞKİLAT KOMİTƏSİNİN YARADILMASI HAQQINDA

 

AÇIQLAMA

             Bakı şəhəri                                                                                                                           19 oktyabr 2021-ci il

 

 

18 oktyabr 2021-ci il tarixdə ölkənin bir qrup ictimai-siyasi fəalı “Demokratik Dəyişim Partiyası”nın (DDP) təsis edilməsinə təşəbbüs göstərərək təsis qurultayının hazırlanması, çağırılması və keçirilməsi məqsədilə DDP-nin təşkilat komitəsini yaratmış və onun sədrini seçmişdir.

DDP-nin təsis edilməsinə təşəbbüsün əsas məqsədi kimi Azərbaycan xalqının suverenliyinin qorunmasına, ölkədə həqiqi demokratiyanın bərqərar olunmasına və milli maraqların təmin edilməsinə nail olunması bəyan edilmişdir.

Bəyan edilən məqsədə aşağıda sadalanan, lakin bunlarla məhdudlaşmayan vəzifələrin həyata keçirilməsi prioritet olaraq müəyyən edilmişdir:

  • Hakimiyyətin xalqın həqiqi iradəsinə uyğun və legitim əsaslarla formalaşdırılması;
  • Daxili və xarici siyasətdə beynəlxalq hüququn prinsiplərinin əsas tutulması və beynəlxalq öhdəliklərin icrasının təmin olunması;
  • İnsan hüquq və azadlıqlarının, xalqın rifahının və təhlükəsiz həyatının təmin olunması;
  • İdarəetmənin əks mərkəzləşmə, qanunçuluq, hesabatlılıq və şəffaflıq prinsipləri əsasında qurulması;
  • Qanunun aliliyinin və hakimiyyət qanadları arasında balansın təmin olunması;
  • Həqiqi bazar münasibətlərinin, azad sahibkarlığın və ədalətli rəqabətin təmin olunması.

DDP təşəbbüsçüləri bəyan edilən məqsəd və vəzifələrə qanuni vasitələrlə mübarizə apararaq nail olacaqlarını və bu istiqamətdə maraqlı olan hər kəslə əməkdaşlığa açıq olduqlarını ifadə edirlər.

 

“Demokratik Dəyişim Partiyasının”

Təşkilat Komitəsinin sədri

Əli Mustafa