Demokratik Dəyişim Platformasının (DDP) demokratiyaya keçid və parlament seçkiləri üzrə MÖVQE SƏNƏDINİ yayınladı(Foto Video)

03/07/19 3:54

Demokratik Dəyişim Platformasının (DDP)

demokratiyaya keçid və parlament seçkiləri üzrə

MÖVQE SƏNƏDI

 Müasir demokratik və rifah dövlətinin formalaşdırılması milli kimliyini dərk edən hər bir layiqli Azərbaycan vətəndaşının hər zaman ən ümdə arzularından olub. Ötən əsrin sonlarında yaranmış tarixi şəraitdən istifadə edərək xalqımız öz müstəqilliyini bərpa etməklə mühüm bir nailiyyətə imza atmış oldu. Milli müstəqilliyin yenidən əldə edilməsi və yaranmış əlverişli tarixi fürsət bir xalq olaraq bizim üçün geniş imkanlar vəd edirdi. Tarixi ənənələri, hüquqi-siyasi mədəniyyəti, zəngin sərvəti, demokratik dünyaya inteqrasiya meylləri və digər coxsaylı potensial imkanlar demokratik dəyərlərə əsaslanan müasir dövlətin formalaşdırılmasına böyük ümidlər yaradırdı.

Təəssüflə qeyd etməliyik ki, bu imkanlar obyektiv və subyektiv səbəblərdən düzgün dəyərləndirilməyərək xalqımız üçün çox əhəmiyyətli hesab edilən bir çox fürsətlər qaçırılmış və nəticə etibarilə dövlətimiz üçün xeyli təhlükəli vəziyyət yaranmışdır. Müstəqillikdən 30 ilə yaxın bir müddət keçməsinə rəğmən qeyri-demokratik idarəçilik üsulunun siyasi-iqtisadi sistemə hakim kəsilməsi, sərvətlərin talanması, korrupsiyanın gündəlik normaya çevrilməsi, torpaqlarımızın işğal altında olması, insanın hüquq və azadlıqlarının acınacaqlı durumu, qanunun aliliyinin təmin olunmaması, hakimiyyətin bir əldə təmərküzləşməsi və hakimiyyətin dinc şəkildə ötürülməsi imkanlarının qapadılması ölkənin milli təhlükəsizliyini ciddi şəkildə təhdid edir.

Siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs və bütün syasi qurumlar Azərbaycan xalqının maraqlarına uyğun siyasi sistemin formalaşmasında maraqlı olmalı və bunun üçün səy göstərməlidir. Anoloji vəziyyəti yaşayan və demokratiyaya uğurlu keçid edən xalqların təcrübəsinə əsaslanaraq mövcud durumda xalqımız üçün də bunun ən optimal formula olduğunu əminliklə demək mümkündür.

DDP olaraq biz demokratiyada xalqın geniş  təmsilçiliyini təmin edən nümayəndəli orqan olaraq demokratik parlamentin formalaşdırılmasını demokratiyaya dinc keçidin əsas həlqəsi kimi nəzərdən keçiririk. Məhz azad və ədalətli seçkilər əsasında seçilmiş və xalqın iradəsinə uyğun formalaşdırılmış parlament ölkə həyatının bütün sahələrində demokratik islahatların aparılmasının təminatçısı ola bilər.

Demokratik parlamentin formalaşdırılması ilkin növbədə azad seçki mühitinin yaradılmasından keçir. Ötən illərin seçki təcrübəsi, o cümlədən yerli və beynəlxalq seçkiləri monitorinq təşkilatlarının rəyləri mövcud seçki praktikasının belə bir mühiti təmin etmək iqtidarında olmadığını dəfələrlə sübut etmişdir. Mövcud mühitin dəyişməsi və seçkilərin beynəlxalq seçki standartlarına uyğun keçirilməsi ilə bağlı tövsiyyələrə əməl edilməməsi siyasi qüvvələr arasında etimadı sarsıtmış və barışmaz ovqat yaratmışdır. Bu münasibətlər sistemi heç bir halda xalqımızın maraqlarına uyğun olmadığından bunlar zamanın tələbinə müvafiq yeni şəkil almalı və üzləşdiyimiz çətinlikləri dəf etmək üçün  dövlətimizi və cəmiyyətimizi gücləndirməlidir.

DDP hesab edir ki, demokratiyaya dinc keçidin təmin edilməsi və milli barışın formalaşmasında əsas məsuliyyət siyasi hakimiyyətin üzərinə düşür. Məhz hakimiyyət dövlətin iradəsinin ifadəçisi kimi Azərbaycan xalqının suveren hüququnu bərpa etmək və xalqı hakimiyyətin real mənbəyinə çevirmək üçün geniş resurslara və üstünlüklərə malikdir. Bu üstünlüklərindən istifadə edərək siyasi hakimiyyət siyasi müxalifət və vətəndaş cəmiyyəti ilə səmərəli əməkdaşlıq əsasında seçki islahatlarına başlamalı və növbəti parlament seçkilərinin azad və ədalətli şəkildə keçirilməsi üçün əlverişi şərait yaratmalıdır.

Seçki islahatı siyasi partiyaların və vətəndaş cəmiyyəti təşkilatlarının təklifləri və ATƏT-in tövsiyyələri əsasında həyata keçirilməlidir. Bu tövsiyyələrin tam şəkildə həyata keçirilməsinin və azad seçki mühitinin formalaşdırılmasının xeyli zaman tələb etməsini, o cümlədən siyasi partiyaların və vətəndaş cəmiyyətinin xüsusilə həssaslıqla qarşıladığını və tətbiqi imkanlarını nəzərə alaraq parlament seçkilərinə qədər ilkin növbədə seçki qanunvericiliyinə aşağıdakı istiqamətlər üzrə dəyişikliklər edilməlidir:

  1. Seçki komissiyalarının tərkibi heç bir siyasi qüvvənin nəzarətinə imkan verməyən, bərabər təmsilçilik əsasında, balanslaşdrılmış qaydada təşkil edilməlidir. Bunun üçün seçki komissiyalarının tərkibinin 1/3 hissəsi Parlamentdə təmsil olunan siyasi partiyaların, 1/3 hissəsi sonuncu parlament seçkilərində namizədləri seçki dairələrinin azı 1/3-də qeydə alınan Parlamentdə təmsil olunmayan siyasi partiyaların və 1/3 hissəsi isə seçki maarifçiliyi və seçki monitorinqi sahəsində azı 3 il təcrübəsi olan  qeyri-hökumət təşkilatlarının təmsilçilərindən  ibarət tərkibdə təşkil edilməlidir;
  2. Seçkilərin müddəti 90 günədək artırılmalı, buna müvafiq olaraq bütün seçki hərəkətlərinin müddətləri artırılmalı, o cümlədən seçkiqabağı təşviqat kampaniyasının müddəti 45 gün müəyyən edilməlidir;
  3. Namizədliyin müdafiəsi üçün seçici imzaları və digər seçki sənədləri seçki komissiyalarının nəzdində yaradılan müstəqil ekspertlərdən ibarət İşçi Qrup tərəfindən namizədin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə yoxlanmalıdır. Seçici imzaları və digər seçki sənədləri üzrə aradan qaldırılması mümkün olan çatışmazlıqlar namizədliyin qeydiyyatından imtina üçün əsas olmamalı və namizədliyin qeydiyyatının alternativ variantı kimi seçki depoziti tətbiq edilməlidir;
  4. Sərbəst toplaşmaq azadlığı təmin edilməli, seçkiqabağı təşviqat üçün hamıya bərabər imkanlar yaradılmalıdır. Seçkiqabağı təşviqat formalarının və yerlərinin müəyyən edilməsinə məhdudiyyətlər və müdaxilələr olmamalı, yerli icra hakimiyyətləri tərəfindən seçicilərlə görüş yerlərinin müəyyən edilməsi praktikasından imtina edilməlidir. Dövlət büdcəsindən maliyyələşən televiziya və radioda seçkiqabağı təşviqat dövründə həftədə azı 10 saat ödənişsiz efir vaxtı, çap mediasının, hər sayında 1 səhifəlik ödənişsiz yer ayrılmalıdır. Ödənişsiz və ödənişli efir vaxtlarından namizədlərin sərbəst istifadəsi təmin edilməlidir. Seçkiqabağı təşviqat üçün ianələrin dairəsi genişləndirilməlidir;
  5. Səsvermə və seçkilərin nəticələri şəffaf olmalı və bu proseslər hər bir seçicinin, o cümlədən müşahidəçilərin əvvəlcədən qeydiyyatadan keçmədən müşahidə aparmasına imkan verməlidir. Seçkilərin nəticələrinin etibarsız hesab edilməsi üçün əsaslar konkret və aydın müəyən edilməli, hüquqi mexanizmlər sadə və hamı üçün əlçatan olmalıdır. Səsvermə və seçkilərin nəticələrinə müdaxilələr qeydə alınan seçki məntəqələrində seçkilərin nəticələri etibarsız hesab edilməlidir;
  6. Seçki şikayəti institutu təkmilləşdirilməlidir. Seçki komissiyalarının nəzdində müstəqil hüquqşünaslardan və seçki ekspertlərindən ibarət Faktaraşdırıcı Qruplar yaradılmalı, verilən şikayətlər bu qruplar tərəfindən araşdırılmalıdır. Şikayət bütün insansiyalarda şikayət verənin iştirakı ilə araşdırılmalı, araşdırma üzrə təqdim edilən sənədlərin surətlərinin hüquqiliyi tanınmalı və şikayətin təmin olunmasından imtina konkret dəlillərlə əsaslandırılmalıdır. Seçki hüquq pozuntularına görə inzibati və cinayət məsuliyyəti üzrə sanksiyalar sərtləşdirilməli və məsuliyyətə cəlb etmə hamı üçün eyni tətbiq edilməlidir.Demokratik Dəyişim Platformasının (DDP)

    demokratiyaya keçid və parlament seçkiləri üzrə

    MÖVQE SƏNƏDI

     

    Müasir demokratik və rifah dövlətinin formalaşdırılması milli kimliyini dərk edən hər bir layiqli Azərbaycan vətəndaşının hər zaman ən ümdə arzularından olub. Ötən əsrin sonlarında yaranmış tarixi şəraitdən istifadə edərək xalqımız öz müstəqilliyini bərpa etməklə mühüm bir nailiyyətə imza atmış oldu. Milli müstəqilliyin yenidən əldə edilməsi və yaranmış əlverişli tarixi fürsət bir xalq olaraq bizim üçün geniş imkanlar vəd edirdi. Tarixi ənənələri, hüquqi-siyasi mədəniyyəti, zəngin sərvəti, demokratik dünyaya inteqrasiya meylləri və digər coxsaylı potensial imkanlar demokratik dəyərlərə əsaslanan müasir dövlətin formalaşdırılmasına böyük ümidlər yaradırdı.

    Təəssüflə qeyd etməliyik ki, bu imkanlar obyektiv və subyektiv səbəblərdən düzgün dəyərləndirilməyərək xalqımız üçün çox əhəmiyyətli hesab edilən bir çox fürsətlər qaçırılmış və nəticə etibarilə dövlətimiz üçün xeyli təhlükəli vəziyyət yaranmışdır. Müstəqillikdən 30 ilə yaxın bir müddət keçməsinə rəğmən qeyri-demokratik idarəçilik üsulunun siyasi-iqtisadi sistemə hakim kəsilməsi, sərvətlərin talanması, korrupsiyanın gündəlik normaya çevrilməsi, torpaqlarımızın işğal altında olması, insanın hüquq və azadlıqlarının acınacaqlı durumu, qanunun aliliyinin təmin olunmaması, hakimiyyətin bir əldə təmərküzləşməsi və hakimiyyətin dinc şəkildə ötürülməsi imkanlarının qapadılması ölkənin milli təhlükəsizliyini ciddi şəkildə təhdid edir.

    Siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs və bütün syasi qurumlar Azərbaycan xalqının maraqlarına uyğun siyasi sistemin formalaşmasında maraqlı olmalı və bunun üçün səy göstərməlidir. Anoloji vəziyyəti yaşayan və demokratiyaya uğurlu keçid edən xalqların təcrübəsinə əsaslanaraq mövcud durumda xalqımız üçün də bunun ən optimal formula olduğunu əminliklə demək mümkündür.

    DDP olaraq biz demokratiyada xalqın geniş  təmsilçiliyini təmin edən nümayəndəli orqan olaraq demokratik parlamentin formalaşdırılmasını demokratiyaya dinc keçidin əsas həlqəsi kimi nəzərdən keçiririk. Məhz azad və ədalətli seçkilər əsasında seçilmiş və xalqın iradəsinə uyğun formalaşdırılmış parlament ölkə həyatının bütün sahələrində demokratik islahatların aparılmasının təminatçısı ola bilər.

    Demokratik parlamentin formalaşdırılması ilkin növbədə azad seçki mühitinin yaradılmasından keçir. Ötən illərin seçki təcrübəsi, o cümlədən yerli və beynəlxalq seçkiləri monitorinq təşkilatlarının rəyləri mövcud seçki praktikasının belə bir mühiti təmin etmək iqtidarında olmadığını dəfələrlə sübut etmişdir. Mövcud mühitin dəyişməsi və seçkilərin beynəlxalq seçki standartlarına uyğun keçirilməsi ilə bağlı tövsiyyələrə əməl edilməməsi siyasi qüvvələr arasında etimadı sarsıtmış və barışmaz ovqat yaratmışdır. Bu münasibətlər sistemi heç bir halda xalqımızın maraqlarına uyğun olmadığından bunlar zamanın tələbinə müvafiq yeni şəkil almalı və üzləşdiyimiz çətinlikləri dəf etmək üçün  dövlətimizi və cəmiyyətimizi gücləndirməlidir.

    DDP hesab edir ki, demokratiyaya dinc keçidin təmin edilməsi və milli barışın formalaşmasında əsas məsuliyyət siyasi hakimiyyətin üzərinə düşür. Məhz hakimiyyət dövlətin iradəsinin ifadəçisi kimi Azərbaycan xalqının suveren hüququnu bərpa etmək və xalqı hakimiyyətin real mənbəyinə çevirmək üçün geniş resurslara və üstünlüklərə malikdir. Bu üstünlüklərindən istifadə edərək siyasi hakimiyyət siyasi müxalifət və vətəndaş cəmiyyəti ilə səmərəli əməkdaşlıq əsasında seçki islahatlarına başlamalı və növbəti parlament seçkilərinin azad və ədalətli şəkildə keçirilməsi üçün əlverişi şərait yaratmalıdır.

    Seçki islahatı siyasi partiyaların və vətəndaş cəmiyyəti təşkilatlarının təklifləri və ATƏT-in tövsiyyələri əsasında həyata keçirilməlidir. Bu tövsiyyələrin tam şəkildə həyata keçirilməsinin və azad seçki mühitinin formalaşdırılmasının xeyli zaman tələb etməsini, o cümlədən siyasi partiyaların və vətəndaş cəmiyyətinin xüsusilə həssaslıqla qarşıladığını və tətbiqi imkanlarını nəzərə alaraq parlament seçkilərinə qədər ilkin növbədə seçki qanunvericiliyinə aşağıdakı istiqamətlər üzrə dəyişikliklər edilməlidir:

    1. Seçki komissiyalarının tərkibi heç bir siyasi qüvvənin nəzarətinə imkan verməyən, bərabər təmsilçilik əsasında, balanslaşdrılmış qaydada təşkil edilməlidir. Bunun üçün seçki komissiyalarının tərkibinin 1/3 hissəsi Parlamentdə təmsil olunan siyasi partiyaların, 1/3 hissəsi sonuncu parlament seçkilərində namizədləri seçki dairələrinin azı 1/3-də qeydə alınan Parlamentdə təmsil olunmayan siyasi partiyaların və 1/3 hissəsi isə seçki maarifçiliyi və seçki monitorinqi sahəsində azı 3 il təcrübəsi olan  qeyri-hökumət təşkilatlarının təmsilçilərindən  ibarət tərkibdə təşkil edilməlidir;
    2. Seçkilərin müddəti 90 günədək artırılmalı, buna müvafiq olaraq bütün seçki hərəkətlərinin müddətləri artırılmalı, o cümlədən seçkiqabağı təşviqat kampaniyasının müddəti 45 gün müəyyən edilməlidir;
    3. Namizədliyin müdafiəsi üçün seçici imzaları və digər seçki sənədləri seçki komissiyalarının nəzdində yaradılan müstəqil ekspertlərdən ibarət İşçi Qrup tərəfindən namizədin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə yoxlanmalıdır. Seçici imzaları və digər seçki sənədləri üzrə aradan qaldırılması mümkün olan çatışmazlıqlar namizədliyin qeydiyyatından imtina üçün əsas olmamalı və namizədliyin qeydiyyatının alternativ variantı kimi seçki depoziti tətbiq edilməlidir;
    4. Sərbəst toplaşmaq azadlığı təmin edilməli, seçkiqabağı təşviqat üçün hamıya bərabər imkanlar yaradılmalıdır. Seçkiqabağı təşviqat formalarının və yerlərinin müəyyən edilməsinə məhdudiyyətlər və müdaxilələr olmamalı, yerli icra hakimiyyətləri tərəfindən seçicilərlə görüş yerlərinin müəyyən edilməsi praktikasından imtina edilməlidir. Dövlət büdcəsindən maliyyələşən televiziya və radioda seçkiqabağı təşviqat dövründə həftədə azı 10 saat ödənişsiz efir vaxtı, çap mediasının, hər sayında 1 səhifəlik ödənişsiz yer ayrılmalıdır. Ödənişsiz və ödənişli efir vaxtlarından namizədlərin sərbəst istifadəsi təmin edilməlidir. Seçkiqabağı təşviqat üçün ianələrin dairəsi genişləndirilməlidir;
    5. Səsvermə və seçkilərin nəticələri şəffaf olmalı və bu proseslər hər bir seçicinin, o cümlədən müşahidəçilərin əvvəlcədən qeydiyyatadan keçmədən müşahidə aparmasına imkan verməlidir. Seçkilərin nəticələrinin etibarsız hesab edilməsi üçün əsaslar konkret və aydın müəyən edilməli, hüquqi mexanizmlər sadə və hamı üçün əlçatan olmalıdır. Səsvermə və seçkilərin nəticələrinə müdaxilələr qeydə alınan seçki məntəqələrində seçkilərin nəticələri etibarsız hesab edilməlidir;
    6. Seçki şikayəti institutu təkmilləşdirilməlidir. Seçki komissiyalarının nəzdində müstəqil hüquqşünaslardan və seçki ekspertlərindən ibarət Faktaraşdırıcı Qruplar yaradılmalı, verilən şikayətlər bu qruplar tərəfindən araşdırılmalıdır. Şikayət bütün insansiyalarda şikayət verənin iştirakı ilə araşdırılmalı, araşdırma üzrə təqdim edilən sənədlərin surətlərinin hüquqiliyi tanınmalı və şikayətin təmin olunmasından imtina konkret dəlillərlə əsaslandırılmalıdır. Seçki hüquq pozuntularına görə inzibati və cinayət məsuliyyəti üzrə sanksiyalar sərtləşdirilməli və məsuliyyətə cəlb etmə hamı üçün eyni tətbiq edilməlidir.                                                                                                                                                                                                                                        Transqafqaz.com