Dilavər Əzimli.”Tarixini bilməyən xalqdan vətən qoruyan olmaz”…

13/04/17 10:26
”Tarixini bilməyən xalq, tərcümeyi-halını bilməyən insana bənzəyər. Zatını bilməyən oğuldan kişi çıxmaz. Xalq da tarixini biləndə qəhrəman olur. “Tarixini bilməyən xalqdan Vətən qoruyan olmaz”.
Azərbaycanın Rusiya tərəfindən işğalının bizə vurduğu ən böyük zərbə milli kimliyimizi unutmaq oldu. Tarixmizi qalib dövlətlər yazdı. Azərbaycanı səkkiz yerə parçaladılar. Millətin təfəkkürünü də parçaladılar. Biz tarixmizi Avropamərkəzçilik nəzəriyyəsi əsasında öyrənməyə başladıq. Təzəcə özümüzə gəlib bir müstəqil dövlət qurmuşduq ki, bunun ardınca da SSRİ adı altında yenidən Rusiya işğalı gəldi. Məktəblərdə SSRİ tarixini öyrənməyə başladıq. O biri üzdə də Fars tarixini öyrədirdilər. O biri üzdə Fars tarixi təfəkkürünü azərbaycanlıların beyninə yeritdilər. Bu üzdə də Rus təfəkkürünü bizlərin beynində oturtdular. Fars şovinisti Firdovsinin qəhrəmanları bizimkilərin sevimli tarixi şəxsiyyətləri oldu. Bizlərə I Pyotr qəhrəman kimi, yenilikçi kimi təqdim olundu. Bizim tarixi şəxsiyyətlərə qarşı ağızlarına gələni yazdılar. Babəki bizə kafir kimi təqdim etdilər. O üzdə Şah İsmayılı tanıımadılar. Nəinki Şah İsmayılı, heç Əbu Sac Divdadı, Atabəy Eldənizi, Qaraqoyunlu Qara Yusifi, Ağqoyunlu Həsən padişahı, Nadiri, Qacarı tanımadılar. Bizə isə Nadiri işğalçı kimi, Qacarı isə ən qatı düşmən kimi təqdim etdilər. Sovet dövründə biz oxudğumuz tarix kitablarında bu cür yazıldı. Onu yazan da bizim şanlı tarixçilərimiz idi. Həmin tarixçilər bir dənə də olsun gizli tarix yazmadılar. Çünki Nadirə və Qacara nifrət edirdilər. Bir Şah İsmayıldan yazdılar. Çünki bunu da Sovetlər istəyirdi. Bundan da Osmanlıya qarşı istifadə edib, şiə və sünni adı ilə təqdim etmək istəyi idi. Amma burada bu məsələ demk olar ki, yox idi. Bu cür təfəkkürlə biz yenidən müstəqil olduq. Doğrusu o zaman müstəqillik uğrunda gedən savaşda bunun bu cür olacağını güman etmirdim. Amma nə yazıqlar olsun ki, belə olmadı. Bizdə təfəkkür problemi özünü ciddi şəkildə göstərdi. Bizim təəfəkkürümüzü yaralamışdılar. İndi bu da özünü göstərir. Təssüf hissi ilə qeyd edim ki, müstəqillik dövründə bizdə milli kimlik konsepsiyası işlənmədi. Biz bir millət olaraq təfəkkürdə başqalarına güclü şəkildə uduzuruq. Məsələn, ermənilər və yəhudilər dini müstəviyə söykənərək mütəşəkkil bir millət oldular. Bizdə isə dini müstəvi alınmır. Bizi məzhəblərə parçalayıblar və bunun da sonu görünmür. Bəs ayrı yol? Bu yol var. Məsələn, qonşu İran… İranda bu “Şahnamən”nin gördüyü işi bir diviziya görə bilməzdi. “Şahnamə” Fars millətçiliyinin bayrağı oldu və indi də davam edir. Bizdə isə ona bənzər bir əsər yaradılmadı. Səbəbi?
Çoxdur… Buna toxunsaq mövzu böyüyəcəkdir. Qardaş Türkiyədə milli kimliklə bağlı fundamental iş gedir. Çoxlu seriallar çəkilir və bu serillarda milli kimlik olduqca yaxşı təqdim olunur. Bizə isə tolerantlıq və multukulturalizm təqdim olunur. Bunun da nəticəsini həyatda görürük. Sosial şəbəklərdə vaxtaşırı olaraq tarixi şəxsiyyətlərə qarşı hücumlar baş verir. Ən çox da Babək və Şah İsmayıl qabardılır. Bütün bu çıxışların arxasında da maraqlı qüvvələr dayanır. Bizdə də milli kimlik təfəkkürünün aşağı olması onalara yaşıl işıq yandırılır. İnsanlarda milli kimlik təfəkkürü normal olsaydı, bu təxribata getməzdilər. Vaxtilə Sasanilərlə Ərəblər arasında qanlı döyüş getdi. Amma heç bir fars demir ki, filan Sasani şahzadəsi İslama qarşı döyüşdü. Bizdə isə deyirlər. Sizcə niyə? Çünki farsların milli kimlyini ortaya qoyan “Şahnaməsi” vardır… Bizdə isə yalnız məhəbbət dastanları… Bunun nəticəsi idi ki, XX əsrdə nazirlərimizin çoxunun xanımı erməni qızları idi. İndi də hamı azru edir ki, ingilisə ərə gedim, yaxud ingilis qızı alım. Buna səbəb də milli təfəkkürün sındırılmasıdır. Milli təfəkkür olsaydı, tarixi qəhrəmanların adı gələndə hamı ayağa durardı. Bismark nə qədər alman qırdı. Amma qəhrəman kimi tarixə düşdü. Bizdə İslamı ləkələyən, hərəmxanalarında 1000 dən artıq arvad saxlayan Abbasi şahzadələrinə qarşı döyüşən, Babək adını dəyişib İmam Həsənin adını qəbul edən və Azərbaycan uğrunda savaş açan bir igidə hələ də həqrətlər yağdırılır. Kimdir bunu yazanlar? Onların İslamdan xəbərləri varmı? Onlar düşünürlərmi ki, bu gün yazılan İslama aid kitabların çoxu Əməvi, Abbasi zehniyyəti ilə yazılır. Bu gün dindarların çoxu bu zehniyyətin daşıyıcısına çevriliblər. Bu baxımdan da Babəkə qarşı bu cür hədyanlar yazırlar. Bəli, biz çox ağır durumdayıq!!! Bütöv Azərbaycan məsələsi həm də təfəkkürdü, milli kimlik məsləsidir. Bu da tarix və coğrafi şüurdan keçir. Tarixi və coğrafi şüuru yaratmadan heç nəyə nail olmaq mümkün deyildir. Bakı Dövlət Universitetində oxuyanda bizə mühazirə oxuyan Yaqub müəllim (hazırda AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru) bizə belə öyrədirdi:”Tarixini bilməyən xalq, tərcümeyi-halını bilməyən insana bənzəyər. Zatını bilməyən oğuldan kişi çıxmaz. Xalq da tarixini biləndə qəhrəman olur. Tarixini bilməyən xalqdan Vətən qoruyan olmaz. Arzum odur ki, elə yaşayaq xalqımız tarixini bilsin. O zaman bizim xalqımız həmişə qəhrəman olacaq, heç zaman məğlub olmayacaq”. Bunun öhdəsindən isə yalnız MİLLİ KİMLİK şüuru ilə gəlmək olar. Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) məhz bunun uğrunda mübarizə aparırıq!!! Biz təfəkkürdə bunu yaratmasaq, parçalanmış torpaqlarımız birləşə bilməyəcəkdir!!! O zaman bizə yalnız bazar adamı kimi baxacaq və həqarətlə adımıza müxtəlif yarlıqlar qoşacaqlar!!! Demək. MİLLİ KİMLİK məsələsi bu millətin bir xilas yoludur!!!
 Kamal Əsəd