Türk dünyasının bel sütunu Azərbaycandır!
Biz bu bel sütunu bərpa edə bilsək, Turan dünyası foprmalaşacaqdır. Əsrin əvvəllərində Ənvər və Nuru Paşa qardaşları mərkəzi Azərbaycan olmaqla Turan dünyası ideyasını ortaya atdılar. Amma o zaman bunun vaxtı deyildi. Çünki Türk dövlətləri uzun illər idi ki, Rusiya işğalı altına idi. Bütün dünya da Osmanlı imperiaysının üzərinə yerimişdi. O biri Türk dövlətlərində dövlətçilik sisteminin ruslar tərəfindən dağıdılması vəziyyəti çətinləşdirmişdi. Ağır durumda olan Osmanlı imperiyasının dövlətçiliyi təhlükədə idi. İndi vəziyyət dəyişir. Qardaş Türkiyə günü-gündən güclənməkdədir. Dünyanın sanballı analitikləri dünyanın gələcəyi barədə maraqlı proqnozlar verirlər. Onlar dünyada beş-altı güc mərkəzi haqqında yazırlar. Bunlardan biri də qardaş Türkiyədir. Bu gün Türkiyə Türk dünyasının lideri olmaqla, bu birliyin alınmasında ciddi fəaliyyət gösrərir. Bu istiqamətlərdən biri də Azərbaycanın Güneyi olmalıdır. Güney həm də Türkiyənin təhlükəszilik qarantıdır. Bu mənada İran fars rejminin Geneldə Azərbaycan türklərinə qarşı yönəlik siyasəti daim diqqətdə olmalı və Türkiyə ictimaiyyəti dərindən məlumatlandırımalıdır. Son illərdə bununla bağlı çoxlu işlər görülübdür. Kitablar, məqalələr işıq üzü görübdür. Bu məqalə də bu qəbildəndir. Sevindirici haldır ki, artıq qardaş Türkiyədə Güneydə yaşayan Azərbaycan türklərinin sayı haqqında dəqiq məlumatlar vardır. Güclən Türkiyəm, güclən! Bütün Türk dünyasının ümidi səndədir! Bu gün Turan aləmi əsrin əvvəllərindəki Turan aləmi deyidlir. Bu gün Turanın ağsaqaqlı sayılan N.Nazarbayev kimi insanlar vardır. Bu gün Özbəkistanda, Qırğıcıstanda, Trükmənistanda ciddi oyanışlar gedir. İnanırıq ki, Turan Birliyi yaranacaq, vahid iqtisadiyat, vahid pul, vahid mərkəz, vahid dil formalaşcaqdır. Bu birliyin formalaşması isə yalnız Təbrizdən keçir! Təbrizsiz Turan Birliyi yoxdur. Biz bu birlik uğrunda çalışırıq. Bütöv Azərbaycan Ocaqlarının (BAO) fəaliyyəti buna yönəlibdir. Bu ərazilərdə yaşayan bütün xalqların da təhlükəsizliyi bu Birliyin yaranmasından asılıdır. Tarixən bir yerdə olmuşuq. Tarixən də bir yerdə olacağıq!
Transqafqaz.com