DİM buraxılış imtahanlarının qrafikini açıqladı.08.06.20

09/06/20 1:01

Dövlət İmtahan Mərkəzi (DİM) 9-cu və 11-ci siniflər üçün keçirəcəyi buraxılış (qəbul) imtahanlarının qrafikini açıqlayıb.

DİM-dən “Report”a verilən məlumata görə, iyunun 10, 11, 18 və 19-da imtahan keçiriləcək rayon və şəhərlərlə aşağıdakı cədvəldə tanış olmaq mümkündür.

Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçiriləcək.

Qeyd edək ki, hər hansı bir səbəbdən 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq. Lakin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.

Xatırladaq ki, 10, 11, 18, 19 iyun tarixlərində şəhər və rayonlara uyğun:

 

  • 9-cu sinif üzrə buraxılış imtahanları;
  • 11-ci sinif üzrə buraxılış imtahanları;
  • Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;
  • Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu və 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.

 

Tarix/İmtahan* 10.06.2020 11.06.2020 18.06.2020 19.06.2020
11-ci sinif cari ilin məzunları üçün buraxılış imtahanı Xətai (Bakı) Sumqayıt (I hissə siyahı), Qazax ŞəkiCəlilabad

Göyçay

Ağdaş

Qusar

Qobustan

Nərimanov (Bakı) Abşeron (I hissə siyahıAğstafaQəbələ

Masallı

Kürdəmir

Ağsu

Şabran

Qaradağ (Bakı) Goranboy GöygölSabirabad

Salyan

Tovuz

Gədəbəy

Lənkəran

Lerik

Ağdam

Beyləqan

Hacıqabul

Pirallahı (Bakı) Mingəçevir Samuxİmişli

Neftçala

Şəmkir

Astara

Yardımlı

Tərtər Füzuli

Biləsuvar

İngilis/ fransız bölmələri

Tarix/İmtahan* 10.06.2020 11.06.2020 18.06.2020 19.06.2020
Azərbaycan dili (dövlət dili) imtahanı – Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif cari ilin məzunları üçün Qaradağ (Bakı) Şirvan GoranboyGöygöl

Daşkəsən

Salyan

Saatlı

Bərdə (I hissə siyahı)

Ağcabədi Beyləqan

Siyəzən

Xızı

Pirallahı (Bakı) Mingəçevir SamuxNaftalan

Neftçala

Hacıqabul

Tərtər

Ağdam

Füzuli

Xətai (Bakı) Sumqayıt (I hissə, siyahı) ZaqatalaQax

Göyçay

Ağdaş Xaçmaz

Nərimanov (Bakı) Abşeron (I hissə siyahı) BalakənOğuz

Kürdəmir

Quba

– 9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı
– 9 illik təhsil bazasında kolleclərə sənəd vermiş əvvəlki illərin məzunları üçün qəbul imtahanı
Goranboy Göygöl DaşkəsənSalyan

Saatlı

Bərdə (I hissə siyahı)

Ağcabədi Beyləqan

Siyəzən

Xızı

Mingəçevir Samux NaftalanNeftçala

Hacıqabul

Tərtər

Ağdam

Füzuli

Sumqayıt (I hissə siyahı)Zaqatala QaxGöyçay

Ağdaş

Xaçmaz

Qobustan

Abşeron (I hissə, siyahı) Balakən OğuzKürdəmir

Ağsu

Quba

01.03.2020-ci il tarixində buraxılış imtahanı vermiş və 9 illik təhsil bazasında kolleclərə sənəd vermiş cari ilin məzunları üçün qəbul imtahanı Qaradağ Şirvan Pirallahı (Bakı) Xətai (Bakı) Nərimanov (Bakı)
Tarix/İmtahan* 10.06.2020 11.06.2020 18.06.2020 19.06.2020
Azərbaycan dili (dövlət dili) imtahanı
– Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu sinif cari ilin məzunları üçün
– 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş əvvəlki illərin məzunları üçün
Xətai (Bakı) Sumqayıt (I hissə siyahıQazaxŞəki

Cəlilabad

Göyçay

Ağdaş

Qusar

Qobustan

Nərimanov (Bakı) Abşeron (I hissə siyahıAğstafaQəbələ

Masallı

Kürdəmir

Ağsu

Şabran

Qaradağ (Bakı) Goranboy GöygölSabirabad

Salyan

Tovuz

Gədəbəy

LənkəranBeyləqan

Hacıqabul

Pirallahı (Bakı) Mingəçevir Samuxİmişli

Neftçala

Şəmkir

Astara

Tərtər

Biləsuvar

İngilis/ fransız bölmələri

Qeydlər:

– Həmişə olduğu kimi, cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

– Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən məktəblərin 9 və 11, Bərdə rayonunda yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal, müvafiq olaraq, I hissələrlər adlandırılıb.

– Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

– Xüsusi məktəblərin – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin şagirdləri üçün imtahan, ictimaiyyətə əvvəlcədən məlumat verilməklə, növbəti həftəsonu günlərində keçiriləcəkdir.

– İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Toğrul Lətifzadə