DİN BİZİ AYIRMAQ DEYİL, BİRLƏŞDİRMƏK VASİTƏSİ OLMALIDIR

15/09/21 9:58

Xaqani Ədəboğlu «Türkçülükdə Səlcuqlu xəstəliyi» kitabından — 2016

(Əvvəli:https://fedai.az/?p=47450&fbclid=IwAR0UQmrF5JQcnuad9aUXfZXHdn7JCfXtWtbkuUN5WlKRzxTyQt-lNYxzDJI, https://fedai.az/?p=47533, https://fedai.az/?p=47533, https://fedai.az/?p=47611, https://fedai.az/?p=47692, https://fedai.az/?p=47800, https://fedai.az/?p=47883, https://fedai.az/?p=47997)

Bu bayramın Avropaya yayılması Atilla Xaqanın adıyla bağlıdır. Öncəki türk axınları ilə daşınan ideya yekun olaraq IV-V əsrlərdə tam məğzi ilə əxz olunmuşdu. Tanrı səma anlamında idi.

İfadəli bir də desək, Səma, bulud və yağışıyla üst dünyaya, bəşəri ruh ilə isə axirət aləminə yayılmışdı. Tanrı – Səmavi ruh, ağa, İlahi Ata hesab olunurdu. Tanrıçılıq dinində təmizlənmə (крешение) su ilə başlanırdı. Ən böyük bayram isə “Tanrı tanıma” (doğuluş) adlanırdı. Bu bayramda gecə ilə gündüz bərabərləşir və inanca görə, Tanrı Yerə enir. Bu bayram katoliklərin mövlud (рождествo) bayramıyla üst-üstə düşür. Altayda Tanrıçılar evlərə dirilik rəmzi olan şam (yolka) ağacı aparırdılar.

İkinci belə bayram 25 mart (21 mart) ikinci dəfə gecə-gündüzün bərabərləşdiyi – bahar bayramı idi. Şirniyyatlar bişirib yanına boyan-mış yumurtalar qoyardılar. Yenisey çayı ətrafında qayaüstü rəsmlərdə üzərinə cam qoyulmuş taxt (altar) xristianlıqdakı potiri xatırladır. Burada uzun qiyafəli ruhanilər əllərində jizel təsvir edilib (А.Бушков «Чингисхан. Неизвестная Азия» Москва 2007 стр.136).

Hazırda mart ayında Novruz (Nevr – qədim türk tayfasıdır. Qərb qolundan, hazırda Norveç tərəfə sıxışdırıldıqları məlumdur. “Uz” isə türkcə yarışmaq, çatmaq və ötüb keçmək anlamında işlənən sözdür. Bu bayramda Nevrlər qurd dərisi geyinər, tonqollar qalayar və şən-lənərdilər. Bu gün fin-oğuz tayfalarında bu adətlərin izləri qalır. Bu barədə geniş araşdırmalarım var və Novruzun türk bayramı olması şəksizdir. Hərçənd bu bayrama qarşı da mübarizə aparılmış və bu gün çağdaş Türkiyədə bu siyasət davam etdirilir) bayramını türklər və onlardan öyrənmiş millətlər qeyd etməkdədirlər.

Bu gün qazaxlarda noyabrdan başlamaqla 25 dekabrda yekunlaşan “Soğum – soydumu” adıyla bu türk bayramı qalmaqdadır (Bu bayramların Avropada qeyd olunması ilə bağlı Plutarxın əsərlərində geniş məlumatlar var).

Bəs türklər üçün bu astroloji dönəmlər nəyə görə ölmə və dirilmə ilə bağlı idi? Astroloji baxımdan bu dövrdə doğulan ən parlaq ulduz Sirius ulduzudur. Ona görə də ilk diqqəti o cəlb edir. Daha sonra daha üç ulduz doğulur. Bir çox mənbələrdə bu ulduzlar üçlüyü üç şah (üç çar, üç hökmdar və s.) adlandırılır. Bu gün Hayastanın işğalında olan Üçmüəzzin kilsəsinin məğzində də bu məsələ dayanır. Xristianlıqda isə üçlük – Ata, Müqəddəs Ruh və Allah adlandırılan (Triqemist, Troitsa və s.) ayinlər bu üç ulduzla əlaqəlidir. Sonra bu ulduzların səmada Siriusla birləşməsi xaç şəklini alır. Ötən kitabımda xaçın “İlahi mərhəmətin bərabər şəkildə dörd qütbə paylanması” simvolu kimi türklərə məxsus olması və bu gün Tanrının lütfiylə xristianların bizim bir simvoldan öpməyə vadar olduqları barədə yazdığımdan burada geniş yer ayırmıram. Atilla bayraqlarında türk xaç simvolunu görənlər az qala Atillanı da xristian elan edirlər. Səmada ulduzlar xaç şəklini aldığı günlərdə Günəş 22 dekabrda ən aşağı səviyyəyə düşür.

Bakıda Qız qalasının böyük pəncərəsindən günəşin ilk şüasının düşməsi abidənin ezoterik olması və danışacağım faktlarla bağlıdır.

21 dekabr ən uzun gecədir. Muğlar 22 dekabr günəşin ən aşağı səviyyədə olmasını çox güman ki, bu hadisə ilə bilirmişlər. 25 dekabrda isə bir dərəcə yüksəliş Günəşin xaçın mərkəzində dayanmasına səbəb olur. Bu astroloji hadisə 22 dekabr Günəşin ölümü, 25 dekabr isə dirilməsi günü bir əsatir kimi öncə Misirə, Yunanıstana, Hindistana, İrana və s. keçib, türkün gizli elminin adi bir astroloji təbiət hadisəsini din, tanrı kimi qəbul ediblər.

Bütün bu sadalananlar Tanrıçılığın bütün dinlərin üzərində olmasını təsdiqləyir.

Bu astroloji vaxtın xristianlara türklərdən keçməsi faktını xristianların özləri də təsdiqləməkdədir və ilkin mənbələr Vatikanın gizli arxivlərində bu günədək qorunmaqdadır.

“1835-ci ildə, Qaliç şəhəri yaxınlığında qazıntı zamanı başının ətrafından və arxasından şüalar çıxan qəribə fiqurun təsviri olan mis heykəlcik tapıldı. Bu, kimin heykəlidir? Niyə bu heykəlcik qədim hind Allahı Şivanın təsvirlərinə bənzəyir? Bu suallara da elm hələ cavab verməyib” (A.Kondratov “Sirdən biliyə doğru” Bakı 1975 s.6). Bəs niyə İsanın ikonasındakı günəş fonundakı rəsmlərinə bənzəyir?

Həmin fiqur qədim Skifiyadan tapılıb. Məhz haqqında danışdığımız və bu gün İsa (ə) ikonalarında gördüyünüz Günəş və xaçın əks olunduğu (fonda) astroloji hadisəni türklər təsvir ediblər.

Üç ulduzlu Sirius haqqında məlumatlar saxa, çuvaş, yakut və başqa türk mifologiyalarında qalmaqdadır. Bu həqiqəti elm 80-ci illərdə təsdiqlədi. Deyilənlərə görə İraq bayrağındakı üç ulduz Siriusdan sonra doğan üç ulduzu əks etdirir.

 

İlkin xristianlıq dövrünü araşdıran A.Ranoviç yazır: “Maqlar və astroloqlar bizə Şərqdən (Şərq burada xüsusiləşmiş yer adı kimi işlənir. Bir çox xristian mənbələrində olduğu kimi Şimali Azərbaycanı nəzərdə tutur – müəl.) gəliblər. Magiyanın astrologiya ilə münasibətini bilirik. Astroloqlar İsanın doğuluşundan ilkin xəbər tutanlar olduqlarından elə ilk hədiyyəni də onlar gətirdilər. Buna görə də maqların və astroloqların dinini xoşluqla qarşılamaq gərəkdir” (А.Б.Ранович «Первоисточники по истории раннего христианства. Античные критики христианства» Москва 1990. стр. 168).

Bakirə qızdan İlahi nur vasitəsiylə hamilə qalma rəvayətləri də qədim türklərdə mövcud olub. Ən son Çingiz xan haqqında olan belə rəvayətlərə görə, Alanqva nurdan hamilə qalır, Yunanıstanda Diana Zevsdən hamilə qalaraq Perseyi dünyaya gətirir. Həmçinin, Melanippa Poseydondan, Aida Herakldan, Antiop Zevsdən hamilə qalaraq Tanrı oğlu olan Eolu, Telefi, əkizləri dünyaya gətirmişlər.

“Kilsələr atası” adlanan Origen “Selsin əleyhinə” (“Contra Selsum”) adlı apologiyasında Selsin itmiş əsərlərindəki bəzi müddəalara cavab verməsi Selsin fikirləri ilə tanış olmağa qismən imkan verir.

Xristianlıqda həvarilərin sayı, məhz 12 zodiak bürcü ilə, İsa (ə) isə Günəşin özüylə əlaqəlidir. Tomas Pains (1737 – 1809) də xristianlığı Günəşə sitayişlə eyniləşdirir və burada İsanın Günəşi əvəzlədiyini yazırdı. Şiələrin və ələvilərin əksərən türklər olması səbəbindən belə bir əsatirin dinimizə yol tapması mümkün sayılır. Burada da günəş rəmzlərini tapmaq mümkündür.

Yeri gəlmişkən, Altay türklərində Tanrıçılıq dini üzrə bizə gəlib çatan ağ atlı Qeser xanın inancına görə “Şəfəqi sökən, söndürən, bitkiyə can verən, insana can verən və istədiyi zaman bu canı alan, əfv edən, quzunun belə yalvarışını duyan Odur. O, hər şeyi görür və bilir. Ona qarşı çıxılmaz, bu, günahdır. Xaqanı seçən, ona güc verən də Odur. Qeseri O göndərdi. Qeser qurbanlıq mərasimini dəyişdirdi. Hər şeyi nizama saldı” (“Qeseriada”).

Saxa-yakut türklərində isə günümüzə gəlib çatan Ay ilə əlaqəli spiralvari və dairəvi petroqliflər məvcuddur. Bu da yenidən doğuluşu, dirilişi ifadə edər. Yakutlar Ayı ölüb-dirilən qəhrəman arketiplərin simvolu sayardılar. Onların inancına görə Ay göy üzündə üç gün görünməz olur və sonra yenidən görünürdü. Bu da ölüb üç gün sonra dirilməni bildirirdi. Xristianlıqdan çox-çox əvvəl həm günəşin həm də ayın ölüb dirilməsi faktı qədim türk mifologiyasında süjet kimi vardı…

Eyni inancın kalka edilmiş forması xristi-anlığın yayılmasına səbəb oldu. I əsrdə Fələstində baş verən İudeya savaşı zamanı Apokalipsisin sözlərinə diqqət yetirin: “Şəffaf göyləri gördü. Budur sadiq, səmimi, həm də ədalətli mühakimə edən, döyüşkən adam ağ atın belindədir. Göylərin zəfəri Onun tərəfində olacaq” (“Bibliya”).

Hind “Şri Kalki Purana” vedalarında (Kalki Purana.1/3) deyilir: “Dinin əbədi prinsiplərini bərpa etmək üçün Ali Allah Kalkaya tapşırıq verəcək. Brahmanlar ailəsindən çıxan bu şəxs Kali – Yuqanın günahkar çarlarını məhv edəcək. O Sind əyalətindən olan ata minəcək. Bununla da o, həqiqi dindarları qoruyacaq və Satyu – Yuqanı bərpa edəcək”.

“Kalki Puran” 2/4: “Cənab Xari dedi: “O, Brahma, əmin ol ki, Mən tezliklə Şambxala kəndində doğulmağı qəbul edəcəyəm (Altayda Şambalanı Yerin mərkəzi sayırdılar. Əslində isə Məkkə yerin mərkəzidir – müəl.). Vişnuyaşi adlı braxmanın arvadı Sumatidən doğulmağı qəbul edəcəyəm”. Vişnuyaşi – sanskritcə “Allahın qulu” – deməkdir. Məhəmmədin (s.ə.s) atasının adı Abdullah da ərəbcə “Al-lahın qulu” anlamındadır. Sumati – sanskritcə “sakit”, “həlim”, “mülayim” deməkdir. Məhəmmədin (s.) anasının adı Əminədir. O da “sakit”, “həlim”, “mülayim” deməkdir.

Kalki Puran 2/15: “Bu şərtlərdə Allah Xari Kalka qiyafəsində dünyaya yendi. O, Vaisakha ayının 12-ci günü doğulacaq.” Hicri təqvimilə Məhəmməd (s.ə.s) Rəbiul-əvvəl ayının 12-də doğulub. (Kalki yalnız Doğum Günü/Tithi Sukla Pakşanın Dvadasi üzərinə düşən biri ola bilər. Bu, hər bir il üçün bu ay cəmi 12 günə bərabərdir, çünki yalnız Lord Sri Maha Vishnunun (Chaitra Dwadashi) günü ola bilər, bu hər il yalnız bir günə və ya keçən əsrdə 100 günə bərabərdir).

“Yerin sahibi Tanrı Kalki öz Devadat adlı ağ atına minərək əlində qılınc Yer üzünü dolanaraq özünün 8 mistik qüdrətini və 8 ilahi keyfiyyətini göstərəcək. O, öz atını çaparaq Çar (Şah) qiyafəsi geyinmiş milyonlarla oğrunu məhv edəcək. Özünün əvəzsiz qüdrətiylə qanunsuzluğa düçar olmuş günahkarları cəzalandıracaq. Yer üzündə ədaləti bərpa edəcək. Kali-Yuqanın sonuna doğru yaşayanların ağlı, vicdanı kristal kimi təmiz olacaq. Güc hesabına bu gərdişi-dövranı dəyişə bilməzlər. Bu adamlar bəşəriyyətin toxumu kimi olacaqlar, yeni bir insan irqi yaradacaqlar. Krit (təmizlik) dövrünün qanunlarına riayət edəcəklər. O, yalançı peyğəmbərlərə, eretiklərə, vicdansız çarlara qalib gələcək. İblis çarlar öldürüldükdən sonra insanların qəlblərini təmizləyəcək və dəyişəcəklər. Onların övladları olacaq və Yer üzü Allaha sadiq insanlarla dolacaq. Sonra Satya – Yuqaya yol başlanacaq, bəşəriyyətdə hər şey Kalinin (İblisin) təsirindən, itaətindən azad ediləcək. Cənab Kalki (Tanrı) öz ordusuyla özünün Əbədi Yurduna dönəcək…”

Bir hədisdə Həzrəti Peyğəmbərimiz (s.ə.s) deyib: “Mən qılıncla zaman qarşısında insanları Tək Allaha itaət etməyə çağırmaq üçün göndərilmişəm.”

Mifdən reallığa, həqiqətə doğru bir Ağ at yürüməkdədir. Bu at ən son Kərbəla çöllərində yiyəsi oxla, qılıncla, nizəylə öldürülən gün göründü… Həqiqəti isə hələ də görə bilməyən bir çoxluq var…

Çünki “həqiqəti öldürdülər…”

Uydurulmuş iftiraların heç biri tarixdə söyləndiyi kimi əks olunmayıb. İslam xəlifələrinin qarşısında diz çökdüyü iki Böyük Türk sərkərdəsinin diliylə Peyğəmbəri (s.ə.s) və onun övladlarını anlatmağa çalışdım. Bu Sultanların öz dillərindən çıxan sözlər yəhudilərin uydurduğu saxta hədislərə bənzəməz. O bir türkün sözüdür. Qılıncıyla Cahana hökm edən bir zatın sözüdür. Nəticə sizin ixtiyarınızdadır…

Mən nə sünniliyin, nə şiəliyin, nə də ələviliyin yanlış olmasını düşünmürəm. Hər iki yol Tanrıya ulaşmaq üçün gedilən yoldur. Sadəcə bu yolların bələdçiləri fərqlidir. Kimin doğru, kimin yanlış olmasını müəyyən edəcək olan yalnız Allahdır…

…Həzrəti Əli (ə) Ömərin (r.a) qəbirdəki halını görmək üçün gözlərini yumub dayandıqdan sonra söylədiyi “Allah mübarək eləsin, ya Ömər. Davanın əriymişsən” – deməsi barədə hədisi hər iki məzhəbdən olanlar yaxşı bilirlər. Bu gün rafizilərin, vahabilərin və onların ağalarının şərinə uyaraq İslam böyüklərinə küfr etmək heç bir müsəlmana yaraşmaz. Başqa bir hədisdə (bacardıqca səhih hədislər, Quranla uzlaşan hədislərdən istifadə etməyə çalışdım) deyilir: “O adam müsəlman sayılır ki, diliylə və əliylə başqa bir müsəlmana zərər vermir” (Сахих Аль Бухари «Достоверные предания» Москва 2004 стр. 31).

12 rəqəmi yəhudilərdə də işlənir. Onlar 12 qoldan ibarət bir toplum olduqlarını söyləyirlər. Nə əcəb şiəni Sebeylə bağlayanlar bu faktı dilə gətirməyiblər. Bir daha bilmək gərəkdir ki, dünya xalqları 10-luq say sistemindən kənara çıxa bilməyəndə türklər göylərdəki planetlərin sayı ilə məşğul idilər və 12 rəqəmi birbaşa türk zehnindən qopan bir rəqəmdir.

Müsəlmanlarda isə 12 rəqəmiylə ilk dəfə “Məhəmməd (s.ə.s) haqqında eşidən mədinəlilər məşhur adamlardan 12 nəfər nümayəndə seçərək bazara onun yanına yollayıblar” (at-Tabari I, 1211). Abbasi hərəkatında xorasanlıların 12 naibi iştirak edirdi. Xorasan şiəliyin mərkəzi sayılırdı. Abbasilərin onlardan istifadə etmək səbəbi Əməvilərin şiə rəmzlərinə, tərəfdarlarına qarşı yürütdüyü əsl düşmən münasibətiydi. Ərəblərin “xorasanlılar və türklər qardaşdırlar” – deməsi (Cahiz) birmənalı olaraq Xorasanın bir türk platsdarmı olması ilə bağlıdır. Xəlifə əl-Mötəsim (833-842) dövründə yazıldığı ehtimal olunan əsərdən bir parçanı nəzərinizə çatdırıram: “Biz (xorasanlılar – müəl.) ölkələr tutduq, əhalisini köçməyə vadar elədik, düşmənləri çöllərdə məhv etdik. Biz bu dövlətin sadiq təbəələriyik, onun çağırışlarına, onun əsas istəyinə uyğun olaraq qasırğa yaratdıq…

Xorasanlılar peyğəmbər övladlarına sonradan kömək etdilər. Bizim genetik xarakterimiz budur, bizi belə tanıyırlar. Biz qəbul etdiyimiz dinə sadiqik, sadəcə yollarımız ayrıdır. Biz şiə kimi məşhuruq, itaət etdiklərimizə görə ölüb-öldürürük. Səhih hədis və ayətlərə uyğun olaraq biz qara bayraqların daşıyıcılarıyıq” (Ибн Ал – Факих Ал-Хамадани «Известия о странах». Ф.М.Асадов «Арабские источники о тюрках в раннее средневековье» Баку 1993 стр. 62).

Bu faktı gətirməkdə türklərin ilk müsəlman olanlarının şiə olmaları, əzilməkdə olan Peyğəmbər (s.ə.s) övladlarının yanında olmaq istəmələri ilə əlaqəli olmuşdur. Yalnız bu gün Sasanilərin qisasını güdənlər şiələrin də qəbul etmədiyi və anlamadığı bəzi dəyişikliklər ediblər. Bunu dindar, mömin olanlar çözə bilərlər. Hər halda bu, mümkündür.

Məsələyə başqa bir prizmadan yanaşaq. Xristianlar İsaya (ə) Allahın oğlu deyib yanlış bir yolla gedirlər. Türkiyə ictimaiyyəti bu yanlışın ardıcıllarına qucaq açarkən “hepimiz ermeniyiz!” (yanlış şəkildə söyləyiblər. Onlar haydırlar – müəl.) şüarıyla meydanlara tökülüşənlər nədən şiələrə, yaxud da Ələvilərə qarşı olmazın nifrət, böhtan atanlara qarşı öz etirazlarını bildirib – “Hepimiz şiəyik, hepimiz sünniyik, hepimiz aleviyiz” deməyə çətinlik çəkirlər? Anadoluda və Türkiyənin hər yerində ələvi və şiə toplumu əksərən türklərdir. Bundan nə Türkiyə dövlətinə, nə də Türk Birliyi ideyasına zərər toxunması mümkün deyil. Bəs nədən bu dövlət, təhlükə doğurmayan topluma qarşı bunca enerji xərcləyir? İslam daxilində ərəblər vahabilik, farslar babilik təriqətləri yaradırkən Türklər İslamı sufizmlə gözəlləşdirirdilər. Türk sufilər elə mərtəbələrə yetişdilər ki, hələ XXI əsrdə də onların sahibləndikləri gizli elmi misqal-misqal anlamaqdayıq. Şərq türkləriylə gəlmiş, türk qövmünü bütün qövmlərdən üstün bilən Şeyx Həsən Tatari ərəblərin Əhli-Beytə etdikləri xəyanəti dəyərləndirib deyirmiş: “Cənabi Haqq Həzrəti Peyğəmbərimizdən (s.ə.s) başqa bütün ərəbləri qarğamışdır.”

Bu gün Ərəb dünyasının hansı vəziyyətdə olmasından Türk dünyası təcili dərs almalıdır. Sonra gec ola bilər.

Fikrimi Əlinin (ə) iki kəlamıyla yekunlaşdırıram. O, buyururdu: “Kim xalqının ayıblarını görür, onları qınayır, amma özü də o işləri edirsə, axmağın biridir.”

İmam Əli (ə) buyururdu: “Mənim iki düşmənim vardır. Biri mənə qılınc çəkən, biri də mənə ibadət edəndir.”

Biz Əlinin (ə) inandığı Allaha və Peyğəmbərə (s.ə.s) inanırıq.

Üzünüzü Allaha tutun və yanlışlardan tövbə edin! Amin!

SON