Dilavər Əzimli,
tarixçi alim
May ayının 21-də Azərbaycanın işğal olunan ərazilərində erməni sepratistləri tərəfindən növbəti “seçilən” “preziden”tin inauqurasiyası olacaqdır. Həm də Şuşada… Nikol Paşinyan da xanımı ilə orada olacaqdır. Şuşanı sizlərə təqdim etməyə ehtiyac yoxdur. Məqsədim o da deyildir. Məqsədim diqqəti dünya ermənilərinin Rusiyanın rəhbərliyi ilə həyata keçirdiyi planlar barədə bir-iki fikir bölüşməkdir… İndi bu planda İran İslam Respublikası da açıq şəkildə bizə qarşı birləşmişdir. Bəs biz nə edirik? Bu ayrı söhbətin mövzusudur. Baxın, dünya erməniləri Rusiyanın birbaşa əli ilə tarixi Azərbaycan torpaqlarında özlərinə dövlət yaratdılar. Müəyyən zaman keçdikdən sonra bu həzm etdirdilər ki, bura Ermənistan əraziləriidr. Çünki öz tarix kitablarmızda da bizə belə öyrətdilər. Ata-analarımız da qorxudan bunu bizə demədilər. İrəvanı Yerevan kimi tanıdıq. Hətta Zeynəb Xanlarova da Ermənistanda konsert verəndə Yerevan deyə oxuyurdu. Ermənilər rahat şəkildə öz işlərini görürdülər. O zaman Ermənistan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yüzbaşyan daşnakalarla bir yerdə bizə qarşı torlar toxuyurdu. Bu torlardan biri də Azərbaycanda olan antik əşyaların onlar tərəfindən alınmasaydı. Erməni tacirləri Azərbaycanı kəndbəkənd gəzib bizimkilərə bir az pul verir və qiymətli qızıl-gümüş əşyalarını, xalça-xalını, qabları alıb Yüzbaşyanın rəhbərlik etdiyi gizli qrupa təhvil verirdilər. Onlar da bu antik əşyaları Avropada məskunlaşan daşnaklara ötürür və onlar da orada bunları baha qiymətə satır, gələn gəlirləri də Ermənistana yönəldirdilər. Bu pullara da ermənilər silahlar alır və Qarabağ meşələrində gizlədirdilər. Daha sonra isə Ermənistan Mərkəzi bankına hücum oldu və milyonlar yoxa çıxdı. SSRİ rəhbərliyi bunu qulaqardına vurdu. Bir az keçdi Ermənistanda olan SSRİ hərbi hissələrinə hücumlar baş verdi, silah-sursat yoxa çıxdı. SSRİ rəhbərliyi yenə də qulaqardına vurdu. Bu əməliyyatlara birbaşa Yüzbaşyan rəhbərlik edirdi. Hələ ötən əsrin 70-ci illərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsi bilirdi ki, imperiya dağılmağa məhkumdur. Ona görə də gələcəyə yönəlik planlar düşünürdülər. Bu planların mərkəzində də çar Rusiyası zamanında olduğu kimi ermənilər yer alırdı. O zaman bizdə isə çal-çağır idi. Biz daha çox Moskvadan keçici bayraqlar alırdıq. Dərsliklərimizdə də qədim Ermənistan dövlətindən dərslər keçirdik. Urartunu bizə erməni dövləti kimi öyrədirdilər. Heç vaxt ağlımıza gəlmirdi ki, bizim orada İrəvan şəhərimiz olubdur. Bizim İrəvan xanlığımız olubdur. Amma ermənilər hər şeyi bilirdi. O zaman ermənilər bizə də təlqin etmişdilər ki, Osmanlı imperiyası onları “soyqırım” edibdir. Bəs necə? Bizə özümüzkülər də belə öyrədirdi. Türkiyəyə ayrı bir dövlət, daha doğrusu düşmən kimi baxırdıq. Hətta Azərbaycan Sovet Ensiklopediyasına da erməni məşhurlarını salmaq bir yana, 1915-ci il hadisələrinə münasibətdə də yazmışdıq ki, bəs, osmanlılar 1,5 milyon ermənini “qətlə yetiriblər”. İnanmırsınızsa, açın baxın!!! Beləliklə də ermənilər bizə, o cümlədən Türk dünyasına qarşı birinci mərhələni uğurla başa vurdular. Hətta qardaş Türkiyədə də ermənilər ona nail oldular ki, kimsə ermənilərin vəhşilikləri barədə bir kəlmə danışa bilməzdi. Ermənilər bizə qarşı ikinci mərhələni Dağlıq Qarabağa muxtariyyət əldə etməklə başa vurdular. Bunu da Sovet Rusiyası onlara ərməğan etdi. Üçüncü mərhələni də SSRİ dağılanda həyata keçirdilər. Bizə qarşı aparılan bütün işğalçılıq əməliyyatlarında Rusiyaya məxsus hərbi hissələr iştirak etdi. Əslində, erməni adı altında bizimlə Rusiya döyüşürdü və Dağlıq Qarabağ ətrafındakı yeddi rayonu da işğal edib ermənilərə verdi. Əsrarəngsiz Şuşamız ermənilərin əlinə keçdi. Üçüncü mərhələdə ermənilər Şuşanı mərkəz seçdilər. Biz isə dünyaya car çəkdik ki, bəs görün necə tolerantıq ki, bizdə 30 min erməni gəlinimiz vardır. İndi sizdən soruşuram ki, bu gəlinlər doğubmu? Yəqin deyəcəksiniz ki, əlbəttə doğubdur. Həm də unutmayın ki, bu gəlinlərin ərləri bizdə ən yüksək vəzifədə işləyənlər, imkanlılar olubdur. Onlardan da doğulanlara bizim adlardan qoyublar. Amma erməni xislətində böyüdüblər. Bunlar da faktiki erməni şəbəkəsinin adamlarına çevrilirlər. Biz də bunu bacardıq. Amma ermənilər Şuşanı mərkəz eləməyi bacardılar. İndi Şuşada “Dağlıq Qarabağ Respublika”sının “prezidenti”ni seçirlər. Əslində, bəzilərinin yazdığı kimi, bunu bizə təhqir üçün, yaxud bizi qəzəbləndirmək üçün deyil, özlərinin növbəti mərhələsinin uğurla başa çatması kimi edirlər. Biz də Şuşa restoranında oynayıb, kef edirik. Bu gün ermənilər işğal etdikləri Dağlıq Qarabağ ətrafı rayonları da məskunlaşdırılar. Oralarda əməlli-başlı tikinti işləri aparırlar. Əgər ermənilər arxayın olmasaydı, bunu edərdilərmi? Mümkün deyildir!!! İşal olunan ərazilərdə məskunlaşma birbaşa beynəlxalq qanunlara ziddir!!! Bunlar Rusiya və İrana arxayındırlar. Bilirlər ki, Azərbaycana təsir edə biləcəklər. O biri yandan da Avropa dövlətləri, ABŞ da onları hər zaman dəstəkləyir. Üzdə bəyanat verirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və Dağlıq Qarabağdakı seçkiləri tanımırıq. Nə olsun ki… Bundan bizə fayda varmı… Yüz ildə onlar elə bəyanat verəcəklər… Fələstin məsələsi ilə bağlı əlli ildir ki, bəyanat verirlər. Ermənilər Kəlbəcər və digər işğal olunan ərazilərdə yeni-yeni binalar istifadəyə verirlər. Həmin ərazilərin adlarını da dəyişiblər. Ermənilər hesab edir ki, biz əvvəllərdə olduğu kimi, buna da alışacağıq. Çünki ikinci mərhələni 20 ildən artıq bir müddətdə həyata keçiriblər. Bizimlə aralarında olan münaqişəni də Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi kimi təqdim edə biliblər. Bu gün Azərbaycan Xarici İşlər nazirliyi də yaydığı sənədlərdə belə yazır. Əslində, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu münaqişə Azərbaycan-Ermənistan arasında gedən münaqişədir. Təcavüzkar dövlət Rusiyanın vasitəçiliyi ilə ərazilərimizi ələ keçirib, sonradan işğalçılığı daha da artırıb. Biz isə münaqişənin tərəfi kimi Dağlıq Qarabağı da tanıyırıq. Sizcə, bu düzgündürmü? Ermənilər üçüncü mərhələni həyata keçirərkən onun ideoloji bazasını da həyata keçirirlər. Bütün dünyaya yayırlar ki, biz bura gəlməyik və 1918-ci ildə Azərbaycan adlı dövlət yaratmışıq. Bizdə olan bəzi yazarlar, o cümlədən bir neçə millət vəkili də yazılarında yazırlar ki, Azərbaycan adlı dövlət olmayıbdı və 1918-ci ilin məhsuludur. Bu da erməni şəbəkəsinin Azərbaycanda nail olduğu ən böyük qələbədir. Göründüyü kimi, yaman yerdə axşamlamışıq. Bəs çıxış yolu yoxdurmu? Əlbəttə, vardır!!! Çıxış yolu Azərbaycanın öz ərazi bütövlüyü uğrunda savaşa başlamasını bəyan etməsi və dərhal hərəkətə keçməsidir. Çünki sonralar gec olacaqdır. Təsəvvür edin ki, ermənilər işğal olunan ərazilərimizə çoxlu sayda erməniləri yerləşdirirlər. Bir on ildən sonra da biz hücum edirik. Dərhal bütün dünyanı köməyə çağıracaqlar ki, ay aman, dinc erməniləri Azərbaycanı qırır. Ermənilər hər addımlarını dəqiqliklə hesablayıblar. Onlar ümid edir ki, biz bu işğalla da barışmışıq və gözləyirik ki, dünyanın iri gücləri bizi onlarla barışdırsınlar. Buna görə də öz üçüncü mərhələ planlarını uğurla həyata keçirirlər. Biz indi onlara layiqli cavab verə bilməsək, sonra gec olacaqdır!!! Ondan sonra isə millətin ərimə prosesi başlayacaqdır. Çünki torpağına biganə olan millət başqa millətlər içində əriyib yox olacaqdır!!! Tarixdə belə hallar çox olubdur!!! Bu da tarixin acı həqiqətləridir!!!