![](https://transqafqaz.com/wp-content/uploads/2023/11/img_20231124_135901_9452115822974817511567.jpg)
YUNESKO çərçivəsində “Divan Lüğət ət-Türk”ün 950 illik yubileyi qeyd olunacaq.
Bu barədə YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının “X” sosial şəbəkəsində dərc olunmuş məlumatında deyilir.
Bildirilib ki, YUNESKO çərçivəsində 2024-2025-ci illərdə Mahmud Kaşqarinin türk ləhcələrinin toplusu olan “Divan Lüğət ət-Türk” əsərinin 950 illik yubileyi qeyd olunacaq.
Bundan əvvəl görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyi YUNESKO çərçivəsində qeyd olunacaq yubileylər siyahısına daxil edilib.