Diyarbəkirdə valideynlərin aksiyası 888-ci gündür davam edir

06/02/22 9:01

DİYARBAKIR. 06.02.2002

Aksiya terrorçulara yardım etməkdə ittiham olunan Türkiyə Xalqlarının Demokrat Partiyasının nümayəndəliyinin binası yaxınlığında keçirilir.

Türkiyənin cənub-şərqindəki Diyarbəkir şəhərində oturaq aksiya keçirən etirazçılar təşəbbüslərini davam etdirmək əzmindədirlər.

888-ci gündür [3 sentyabr 2019-cu il tarixindən] övladları dələduzluq yolu ilə PKK terror təşkilatı sıralarına cəlb edilən bir qrup valideyn 888-ci gündür ki, Xalqların Demokratik Partiyasının (HDP) Diyarbəkirdəki binası qarşısında oturaq etiraz aksiyası keçirir.

Valideynlər HDP-nı uşaqlarının qaçırılmasına görə məsuliyyət daşıdığını bildirirlər.

Etirazçılardan biri olan Güzidə Dəmir 6 ildir oğlu Əzizdən xəbər ala bilmir.

“HDP oğlumu əlimdən aldı. Orada onu şikəst etdilər, sağdır, yoxsa yox, bilmirəm. Oğlumu HDP-dən tələb edirəm. Necə apardılar, elecədə qaytarsınlar” deyən qadın, oğluna təhlükəsizlik qüvvələrinə təslim olmaq üçün müraciət edib.

Aksiya iştirakçısı Celil Beqdaş da oğlu Yusiflə yenidən qovuşacağına ümid edir.

“Mən təkcə oğlum üçün deyil, terrorçular tərəfindən qaçırılan və dağlara aparılmış bütün uşaqlar üçün buradayam. Oğlumu 2019-cu ildə HDP-nin ofisindən dağa apardılar. Biz qışda da, yayda da uşaqlar üçün buradayıq. HDP-yə səslənirəm, vicdanlarına səslənirəm” deyən Beqdaş bütün uşaqları təhlükəsizlik qüvvələrinə təslim olmağa çağırıb.

Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl demişdi ki, PKK yaraqlılarının Türkiyədə ilk dəfə qanlı cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki vətəndaş bu qanlı təşkilatın əli ilə həlak olub.

ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıb.

Ankaranın vəziyyəti həll etmək üçün yollar tapmaq cəhdlərinə baxmayaraq, PKK terror təşkilatı 2015-ci ilin iyulundan yenidən silahlı hücumlara başlayıb.

Son illər PKK bölgədəki qanlı cinayətlərə görə məsuliyyəti öz filiallarına (PYD və YPG)  yükləməyə çalışır.

Suriyada PKK, terrorçuları PYD və YPG adları ilə ört-basdır edirlər və son iki ildə özlərini “Suriya Demokratik Qüvvələri” adlandırırlar. İranda PKK Kürdüstan Azad Həyat Partiyası (PJAK) kimi fəaliyyət göstərir.

 

One thought on “Diyarbəkirdə valideynlərin aksiyası 888-ci gündür davam edir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir