Dollar 1,79-u keçdi

29/11/16 11:02

Bu gün banklarda dolların alış və satış qiymətləri bahalaşıb. Fins.az xəbər verir ki, artıq banklar 1 ABŞ valyutasını 1.79 manatdan da baha satırlar. Xatırladaq ki, Mərkəzi Bank bu gün üçün dollar məzənnəsini 1.7246 manat müəyyən edib .