Dövlət Departamenti yenə anladıqları sülhdən danışır

28/11/23 5:59

ABŞ hesab edir ki, Bakı ilə İrəvan arasında iqtisadi əməkdaşlıq sülhün əldə olunmasına töhfə verəcək

“Biz Azərbaycan və Ermənistan üçün sülhə nail olmaq üçün real fürsət görürük… Məsələn, Mərkəzi Asiyadan ticarət Azərbaycan və Ermənistan vasitəsilə Türkiyəyə keçə bilsə, bu, bu ticarət yolu üzərində yerləşən bütün ölkələr üçün əhəmiyyətli stimul olacaq. Biz bunun bir hissəsi olmaq fürsətini səbirsizliklə gözləyirik”, – deyə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi O’Brayen bildirib.

Bununla belə, o qeyd edib ki, ticarət yolu “dinc vasitələrlə” yaradılmalıdır. Əks halda, Vaşinqton “onun yaradılmasından qaçmaq üçün bütün mümkün vasitələrdən istifadə etməli olacaq” (ABŞ Dövlət Departamentinin veb-saytı).

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir