Dövlət Departamenti yenə “təhdid edir”.

06/01/24 2:54

D.W. Birləşmiş Ştatlar bu regionun Bakının nəzarətinə qaytarılmasından sonra Dağlıq Qarabağdakı xristian obyektlərinin taleyindən ehtiyat edir. Birləşmiş Ştatlar Azərbaycanı dini etiqad azadlığının mümkün pozuntularına görə nəzarət tələb olunan ölkələr siyahısına daxil edib. ABŞ dövlət katibi Entoni Blinken cümə axşamı, yanvarın 4-də Dövlət Departamenti tərəfindən artıq dini etiqad azadlığını pozan ölkələr kimi tanınan ölkələrin siyahısının yenilənmiş illik versiyasını təqdim edib. Buraya 12 dövlət – Rusiya, Şimali Koreya, Kuba, Eritreya, İran, Myanma, Nikaraqua, Pakistan, Səudiyyə Ərəbistanı, Türkmənistan, Tacikistan və Çin daxildir. Azərbaycan indi bu qara siyahıya daxil olmaq üçün namizəd kimi nəzarət altındadır. Artıq Azərbaycandan başqa Əlcəzair, Mərkəzi Afrika Respublikası, Komor adaları və Vyetnam da nəzarətdədir. Nəzarət olunan kateqoriyadan qara siyahıya keçmək heç bir irəliləyiş olmadıqda sanksiya təhlükəsi ilə nəticələnir.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir