“ABŞ Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının həbsi barədə məlumatdan narahatdır”, – ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Turan-ın müxbiri ilə söhbətində bildirib.
“Biz təkidlə Azərbaycan hakimiyyətini təkcə G.Bayramlını yox, öz fundamental hüquqlarını, o cümlədən ifadə azadlığı hüququnu gerçəkləşdirdiyinə görə həbs olunan hər kəsi azad etməyə çağırırıq. Biz dinc siyasi iştirak üçün şəraitin yaradılmasına çağırırıq”,- o əlavə edib.
Xatırladaq ki, G.Bayramlı mayın 25-də Gürcüstandan gələrkən 12 min dollar qaçaqmalçılığında ittiham olunaraq saxlanılıb.
Həmin gün Bakı məhkəməsi onu istintaq dövründə üç ay müddətinə həbs edib.
Kamal Əsgər