Dünya əhalisi 2030-cu ildə 8,6 milyarda çatacaq…

10/07/17 10:34

BMT-nin Dünya Əhalisinin artım Proqnozlarına dair Hesabatına görə, dünya da hazırda 7,6 milyard olan əhali, 2030-ci ildə 8,6 milyarda, 2050-ci ildə 9,8 milyarda, 2100-ci ildə 11,2 milyarda çatacaq.

Birləşmiş Millətlər (BMT), dünya əhalisinin 7,6 milyarda çatdığı bildirildi.

BMT-nin İqtisadi və Sosial İşlər İdarəsinin 2017- də nəşr etdirdiyi Dünya Əhali Proqnozları Hesabatına görə, dünya əhalisi son 12 ildə 1 milyard artaraq 7,6 milyarda çatıb.

Əhalinin yüzdə 60-ı (4,5 milyard) Asiyada,yüzdə 17-si (1,3 milyard) Afrikada, yüzdə 10-u Avropada, (742 milyon) yüzdə 9-u (646 milyon) Latın Amerikası və Karib Hövzəsində və qalan yüzdə 6-sı (361 milyon) da Şimali Amerika və Okeaniyada yaşayır.

Çin 1,4 milyardlıq, Hindistan da 1,3 milyardlıq əhali dünyanın ən böyük iki ölkəsi mövqeyində yer alır. Çin dünya əhalisinin yüzdə 19-nu, Hindistan isə 18-ni yaradır.

Kişilərin sayı qadınlara nisbətən daha çoxdur. 2017-ci il etibarilə dünyada hər 100 qadına qarşılıq 102 kişi yaşayır.

Könül Haçıyeva