Dünya Bankı makroqitisadi sabitliyin təmin olunması məqsədilə islahatların aparılması zamanı Azərbaycan hökumətinə əhalinin həssas təbəqələrinə qarşı diqqəli olmağı tövsiyyə edir. Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı Hans Timmer bu gün Buxarestdə video-konfrans zamanı bəyan edib.
“Azərbaycan hökumətinə tövsiyyələrimiz 5 bənddən ibarətdir. Birincisi – monetar siyasətin dəyişilməsi, valyutanın çevik məzənnəsinə keçid, buna artıq nail olunub və həmin siyasətdə balansın əldə olunmasıdır ki, çətin məsələdir”, – deyə H.Timmer bildirib.
“Neftin qiymətinin kəskin dəyişilməsi və ardınca gələn devalvasiya banklar üçün böyük problemə çevrilib, bu da problemli kreditlərin artımına gətirib. Bu vəziyyətin həlli üçün sxemlər tapmaq zəruridir ki, onlar dövlət büdcəsinə böyük yük olmayacaq”, – deyə H.Timmer vurğulayıb.
İqtisadçının toxunduğu üçüncü məsələ, neft və qeyri-neft gəlirləri arasında balansla davamlı ortamüddətli büdcələşdirilmədir.
“Dördüncü tövsiyyə – gəlirlərin şəffaf və ədalətli bölüşdürülməsinə nail olmaqdır. Məqsəd milli gəlirlərin azalmasından əsas yükün əhalinin daha həssa təbəqəsinin üzərinə düşməməsidir”, – deyə H.Timmer bildirib.
Onun sözlərinə görə, beşinci tövsiyyə hökumətin diqqətini yeni iş yerlərinin yaradılması, rəqabətlə bağlı vəziyyətin yaxşılaşması məqsədilə islahatların aparılması, digər sahələrdə də maliyyəyə biznesin çıxışına yönəltməyə aiddir. “Bütün bu çağırışlar üzrə Azərbaycan hökuməti ilə işləyirik. Maliyyə, büdcə proqnozlaşdırılması, özəl sektor, rəqabət sahələrində Azərbaycanla çox sayda komandalarımız çalışır”, – deyə H.Timmer bəyan edib.
(İnterfaks-Azərbaycan)